Sellülit üçün hansı yağlar daha çox effektlidir?
Bizi izləyin

Tabloid.az

Sellülit üçün hansı yağlar daha çox effektlidir?

Sellülit üçün təbii yağlar

Sellülit öz-özünə yox olmur. Onlardan xilas olmaq üçün bir neçə üsul var. Lakin siz heç bir əməliyyat keçirmədən xoşagəlməz portağal görüntüsündən xilas olmaq istəyirsinizsə, o halda təbii yağlardan istifadə etməlisiniz. Dərinin alt təbəqəsində yerləşən və ciddi görüntü çirkinliyinə səbəb olan sellülitdən bitki yağları sayəsində asanlıqla qurtula bilərsiniz.

Əsas sellülit yox edən yağlar bunlardır:

Jojoba yağı: Həftədə 3-4 dəfə sellülitli nahiyələri masaj edin. Müsbət nəticə alacaqsınız.

Buğda yağı: Bibəriyə yağı ilə də qarışdırıb istifadə edə bilərsiniz.

Limon yağı: Limon yağının yağ yandırıcı xüsusiyyəti var. Limonun yağ yandırıcı xüsusiyyəti sellüliti yox edir. Qurutma özəlliyi də olduğu üçün zeytun yağı ilə birlikdə masaj etməyiniz məsləhətdir. Həftədə 2-3 dəfə istifadə edin. Yarım saat gözlədikdən sonra ilıq su ilə yuyun.

Küncüt yağı: Dəri altına tez və sürətli şəkildə nüfuz edərək sellüliti məhv edir. Digər yağlardan fərqli olaraq 15 dəqiqə masaj edib 1 saata kimi dəridə saxlaya bilərsiniz. 3 ay müddətində sellüitdən tamamilə azad olacaqsınız.

Üzüm çəyirdəyi yağı: Bu yağın əsas xüsusiyyəti dərini yeniləməsidir. Həftədə 2 dəfə istifadə etməkdə fayda var.

Portağal yağı: Buğda yağı ilə birlikdə istifadə edə bilərsiniz. Sellülitli yox etməkdə olduqca effektli yağdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm