Monika Belluçini tanıya bilməyəcəksiniz - Fotolar
Bizi izləyin

Tabloid.az

Monika Belluçini tanıya bilməyəcəksiniz - Fotolar

Monika Belluçinin heç yerdə görmədiyiniz fotoları

50 yaşında olmasına baxmayaraq, hələ də bütün kişilərin ağlını başından alan aktrisa Monika Belluçinin bu günə qədər heç yerdə yayımlanmamış fotoşəkilləri üzə çıxıb.

32 il öncəyə aid olan bu fotoşəkilləri aktrisa hələ karyerasına yeni başlayarkən çəkdirib. Belluçinin 1989-cu ildəki görkəmini əks etdirən fotoları mətbuata aktrisanın atası Paskal Belluçi təqdim edib.

Tabloid.az xəbər verir ki, məşhur ulduzun atası İtalyadakı evinin qapılarını İngilis “Daily Mail” qəzetinə açıb.

Tək övladı Monikanın qazandığı müvəffəqiyyətlərdən məmnun olan ata qızının körpəykən çirkin olduğunu söyləyib. O, Monikanın böyüdükcə gözəlləşdiyini, hətta gənc qız olarkən gözəlliyi ilə bütün nəzərləri cəlb etdiyini bildirib:

“Hara getsə insanlar ona baxırdılar. Hətta bəzən restoranlarda ofisiantlar ondan pul almırdılar”.

Paskal Belluçi qızının bu işə başlayarkən üzünə estetik əməliyyat etdirdiyi ilə bağlı iddiaları ulduzun köhnə fotoşəkillərini göstərərək təkzib edib. "Baxın bu da sübut. Qızımın dodaqları o vaxtlar da çox dolğun idi".

Hələ 18 yaşında olarkən kəşf edilən Monika Belluçi yetkinlik dövründə gözəlliyi üzündən çətin günlər də keçiribmiş. Kiçik bir qəsəbədə böyüyən Monika çox diqqət gördüyü üçün utanırmış. O günləri ulduzun atası belə izah edir:

"Monika məktəbdən sonra dərhal evə gələrdi. Harasa gedəndə hər kəs ona baxır deyə utanardı".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm