Gülüstan Əliyeva dönüş etmək istəyir
Bizi izləyin

Tabloid.az

Gülüstan Əliyeva dönüş etmək istəyir

Gülüstan Əliyeva sevənlərinə məhsuldar bir il vəd edir

Əməkdar artist Gülüstan Əliyeva yaradıcılığında dönüş etməyə hazırlaşır. Bu barədə əməkdar artist Tabloid.az-a eksklüziv açıqlamasında bildirib. Məhsuldar bir ildən sonra növbəti il üçün yeni planlar quran aktrisa yaradıcılığının bütün sahələrində inkişaf sürətini artırmaqda qərarlıdır:

“2014-cü ilin sonuna yaxınlaşdıqca fəallığımı bərpa eləmişəm. Çalışıram ki, yaradıcılığımda inkişaf sürətini artıram. Yaradıcılığın bütün sahələrində - həm ifaçılıqda, həm bəstəkarlarla işdə bir dönüş etmək istəyirəm”.

2015-ci il üçün yeni mahnılar, klip, hətta konsert planlaşdıran G.Əliyeva il ərzində sevənlərini darıxmağa qoymayacaq:

“Yeni il üçün planım çoxdur. Konkret 2 mahnım var. Klip düşünürük. Aygün xanım Səmədzadənin bir mahnısını oxuyacağam. Qabaqcadan demək istəmirəm, televiziyada bir neçə muğam layihəimiz olacaq. İlin ikinci yarısında isə Heydər Əliyev adına Sarayda beşinci solo konsertimi verəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm