Yeni il gecəsi üçün şıq klatçlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni il gecəsi üçün şıq klatçlar - Fotolar

Yeni il gecəsi üçün şıq klatçlar

Klatçlar hər bir obrazın yekun hissəsidir. İş günlərində iri tutumlu çantalara, önəmli mərasimlərdə, ziyafət gecələrində yığcam əl çantalarına üstünlük veririk. Yeni il axşamında qüsursuz görünmək üçün ayaqqabı, makiyaj, saç düzümü, geyimlər haqqında kifayət qədər məlumat vermişik. Bu gün isə bayram üçün qəşəng, biserli və parıltılı klatçlar seçmişik.

Yeni il axşamı nağıl kimi bir gecə keçirmək üçün əla fürsətdir. “Zoluşka” nağılında Zoluşkanın büllur ayaqqabısının onu tapmağa və tanıtdırmağa kömək etdiyini yəqin ki, xatırlayırsınız. Zoluşkanın vizit kartı onun ayaqqabısı idi, müasir dövrdə isə qadının çantası onun vizit kartı hesab olunur. Yəni, həmin gecə seçdiyiniz çanta ilə ətrafa bir çox mesaj ötürə bilərsiniz. Axı qadının çanta seçimindən, onun rəngindən və fasonundan onun hansı xarakterə malik olduğunu müəyyən etmək elə də çətin deyil.

Tabloid.az-ın seçdiyi çantalar obrazınızı daxırdırıcı olmaqdan xilas edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm