Məryəm Üzərli hansı məşhur aktyorla eşq yaşayır?
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli hansı məşhur aktyorla eşq yaşayır?

İlin eşq bombası

2014-cü ilin bitməsinə az qalan vaxtda ilin eşq bombası partlayıb. Belə ki, rol aldığı “Möhtəşəm yüz il” serialı ilə ulduzu bir anda parıldayan aktrisa Məryəm Üzərlinin elə həmin serialda tanış olduğu məşhur aktyor Ozan Güvənlə eşq yaşadığı ortaya çıxıb.

Ötən gün Rüstəm paşa obrazını canlandıran Ozan Güvənlə Məryəm Üzərli Cem Yılmazın evindən çıxarkən kameralara tuş gəliblər. Münasibətlərini gizləmək istəyən sevgililər evdən çıxarkən ətrafa baxsalar da paparassiləri görmədikləri üçün küçədə əl-ələ tutublar. Jurnalistləri gördükdə qısa müddətli şok yaşayan iki ulduz sualları cavablandırmasalar da sevgili olduqlarını inkar etməyiblər.

Qucaqlaşaraq yeni sevgilisinin evinə gedən Məryəm Üzərlinin olduqca xoşbəxt göründüyü diqqətdən yayınmayıb.

İş adamı Can Atəşlə yaşadığı eşqdən Lara adlı bir qızı olan Məryəmin keçmiş sevgilisi ilə barışacağı təxmin edilirdi. Ancaq aktrisa deyəsən, qəti qərarını verib.

Qeyd edək ki, aktyor Ozan Güvən bir dəfə evlənib boşanıb, həmin evlilikdən bir oğlu var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm