Şahzadə xanımın sevimli palto dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Şahzadə xanımın sevimli palto dəbi - Fotolar

Şahzadə xanımın sevimli palto dəbi - Fotolar

Dizaynerlərin güclü hərbiçi uniformalarından ruhlanaraq hazırladığı kaftanlar hər zamankı kimi yenə də gündəmdədir. "Prabal Gurung", "Michael Kors", "Christopher Kane "kimi brendlər moda həftələrində podiumlarda xanımları militari (hərbi) stilində paltolarla sevindirdi.

Dizaynerlər militari stilində müxtəlif rəng çalarlarından istifadə edərək sübut etdilər ki, əsgər tərzi yaratmaq üçün xaki yaşılından istifadə etmək şərt deyil. Pastel tonları, açıq qəhvəyi, qara, hətta qırmızı rəngi bu tərzə asanlıqla uyğunalaşdırmaq olar.

Paltoların və qollarının üstünə düzülən düymələr və xarizmatik yaxaları onu şahanə göstərir. Bu paltoların yaxalığına incə broşlar taxaraq sərtliyini və əsgər havasını yumşalda bilərsiniz. Bu palto dəbi Kebmric şahzadəsi Keyt Midlletonun da favorisi arasındadır.

Tabloid.az hərbiçi tərzində palto dəbinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm