Günel: “Bundan sonra tuman geyinəcəyəm”
Bizi izləyin

Tabloid.az

Günel: “Bundan sonra tuman geyinəcəyəm”

"Amma ətəyiniz bir az uzun olsaydı, yaxşı olardı”

“Xəzər” telekanalı efirə gələn qonaqların geyiminə diqqət yetirir. Telekanalın ən baxımlı verilişlərindən olan “5/5” verilişinə gələn müğənni Günel Məhərrəmli qısa ətəyi ilə proqramın aparıcısı Zaur Kamalı da təəccübləndirməyi və diqqəti özünə çəkməyi bacarıb. “Bu gün də Günel xüsusi geyinib. Yazıq rejissor çətinlik çəkəcək. İri plan verin, ümumi plan verməyin zəhmət olmasa”.

Tabloid.az xəbər verir ki, aparıcı müğənniyə də iradını bildirməyi unutmayıb: “Efirə gəlirsiniz. Efir gözəlliyi sevir. Amma ətəyiniz bir az uzun olsaydı, yaxşı olardı”.

Müğənni də hazırcavablığından geri qalmayıb: “Nəzərə alsaq ki, qara kalqotka ilə geyinmişəm ətəyim elə də qısa görünmür. Məncə burda pis bir şey yoxdur. Yaxşı tuman geyinəcəyəm bundan sonra, uzun tuman...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm