Murad Dadaşov fəxri adını gənclərlə qeyd etdi
Bizi izləyin

Tabloid.az

Murad Dadaşov fəxri adını gənclərlə qeyd etdi

“Addım” Gənclər Təşkilatı daima gənclərin maraqlarını nəzərə alaraq onların dünyagörüşlərinin artırılması istiqamətində yaradıcı, maarifləndirici layihələr həyata keçirir.

“Addım” Gənclər Təşkilatı daima gənclərin maraqlarını nəzərə alaraq onların dünyagörüşlərinin artırılması istiqamətində yaradıcı, maarifləndirici layihələr həyata keçirir.

Bu günlərdə təşkilat şəhərin kinoteatrlarından birində gənclər arasında film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə “Kinoya Addımla” adlı yeni layihəyə start verib. Belə ki təşkilatın ən fəal üzvləri olan “Addım”çılar yeni filmləri hətta kinoteatrdakı premyeralardan öncə izləmək imkanı qazanacaq.

Tabloid.az-ın məlumatına görə film nümayişləri silsilə tədbirlər şəkilində davam edəcək və hər yeni film nümayişində tanınmış ulduzlar iştirak edəcək. Bununla film nümayişlərində iştirak edən gənclər film haqqında təəssüratlarını tanınmışlarla bölüşə biləcək, onların fikirlərini öyrənəcəklər.

Qeyd edək ki "Kinoya Addımla" layihəsi çərçivəsində ilk film - "Meşəyə doğru" filminin nümayişi olub. “Addım”ın ilk qonağı Murad Dadaşov olub. Yenicə əməkdar artist adını almış tanınmış şoumen bu sevinci gənclərlə bölüşdüyündən xoşbəxt olduğunu söyləyib və onları daim kinoteatrlarda filmləri izləməyi tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm