.jpg)
Bu gün “Günəbaxan”ın qonağı olan rejissor Kənan M.M maraqlı açıqlamalar verib. Türkiyədə olarkən tanınmış türk rejissorlarından birinin - Teoman Topçunun evində qonaq olarkən onların iş prinsipi və aldığı qazanca baxarkən rejissor şoka düşdüyünü etiraf edib.
O, bildirib ki, türkiyəli həmkarı onun işlərini və “YouTube”-da çəkdiyi klipləri gördükdən sonra niyə sizin müğənnilər gəlib burada klip çəkdirir sualını verib.
Qonaqlar arasında olan prodüser Anar Mədətov isə Azərbaycanda klip çəkilişinin 800 manatdan başladığını etiraf edib. O da məlum olub ki, Kənan M.M beş min manata klip çəkir.
Tabloid.az həmin video görüntünü təqdim edir.