Sizi Yeni il ziyafətinin ulduzuna çevirəcək biserli geyimlər – Fotolar
Bizi izləyin

Tabloid.az

Sizi Yeni il ziyafətinin ulduzuna çevirəcək biserli geyimlər – Fotolar

Kölgədə qalmaq istəmirsinizsə, sizin üçün ən uyğun variant biserli, parıltılı geyimlərdir

Yeni ilə bir neçə gün qalıb. Hamı bu xüsusi gecədə nə geyinəcəyini düşünür. Əgər kölgədə qalmaq istəmirsinizsə, sizin üçün ən uyğun variant biserli, parıltılı geyimlər olacaq. Yeni il gecəsinə ən çox yaraşan libaslar parıltılı kombinlərdir. Yeni il əhval ruhiyyəsini və sevincini özündə ən yaxşı şəkildə əks etdirən biserli geyimlər hər qadının cəsarət etdiyi seçim deyil.

Əvvəlcədən onu vurğulayaq ki, 2015-ci ilin qış mövsümündə parıltılı, muncuqlu, daş-qaşlı geyimlər sadəcə dəvətlərin deyil, küçə stilinin də əsas motivi olacaq.

Ancaq bu möhtəşəm geyimləri düzgün kombinə etmək çox önəmlidir. Bu tərz kombinlərdə tarazılıq çox əhəmiyyətlidir, balansı gözləmək lazımdır.

Tabloid.az bu möhtəşəm geyimləri necə kombinə edə biləcəyinizi araşdırıb.

Yeni il gecəsi hamı dəbdəbəli dəvətlərə getməyəcək. Kimi ailə içində təşkil edilən sadə ziyafətə, kimi də dostlarla birlikdə əylənməyə üstünlük verəcək. Aşağıdakı geyimlər müxtəlif məkanlar üçün nəzərdə tutulub.

1.Biserli pencəyinizlə ətrafa işıq saçın!

slide

Əslində zəhmətsiz şıqlığın ən asan yolu biserli pencək geyinməkdir. Sadə bir kofta və dar bir cins şalvarla biserli pencəyinizi kombinə edə bilərsiniz.

Bu kombini snikerlə tamamlayaraq gündüz də stilinizlə diqqət çəkə bilərsiniz. Təbii ki, eyni kombini dəbli stiletto ilə tamamlayıb şıq dəvətlərə gedə bilərsiniz.

Bu stil daha çox Yeni ili dostlarla əyləncə məkanlarında qarşılamağı düşünənlərə uyğundur.

2. Parıltılı şalvarla diqqət çəkin!

slide

Biserli şalvarla dəbli görünməmək mümkün deyil. Göz qamaşdırıcı stilinzlə hamını özünüzə heyran etmək istəyirsinizsə, biserli şalvar geyinməkdən çəkinməyin.

Şalvarın üzərinə geyinəcəyiniz ipək köynək və şıq pencək udluz kimi parıldamağınızı siğortalayacaq. Bu stil də Yeni ili əyləncə məkanlarında qarşılayanlar üçün ideal seçimdir.

3.Biserli ətəklə göz qamaşdırın!

slide

Məşhur markaların 2015 qış kolleksiyalarında biserli qələm ətəklər tez-tez gözümüzə dəyir. Siz də Yeni il şıqlığını parıltılı üslubunuzla unudulmaz etmək istəyirsinizsə, heç çəkinmədən biserli ətək geyinin.

4. Dəvətlərdə iddialı libasınızla diqqət çəkin!

slide

Dəvətlərdə hamının sizə baxmasını istəyirsinizsə, ziyafət libasınızı biserli modellərdən seçin. Bu libasların maksi olanları xanımlara zəriflik bəxş edir. Qısa geyinmək istəyənlər üçün də çox gözəl modelləri var. Xüsusilə qırmızı, yaşıl, qızılı və göy rəngli biserli libasla gözəl görünməmək mümkün deyil.

6. Detallarla parıldayın!

slide

Siz biserli geyimləri sevmirsinizsə və ya onları geyinməyə cəsarətiniz yoxdursa, parıltılı ayaqqabı və ya müxtəlif aksessuarlarla eyni effekti əldə edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm