• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cem Yılmaz barışmaq üçün keçmiş sevgilisinə yalvardı

Cem Yılmaz barışmaq üçün keçmiş sevgilisinə yalvardı

Yaradıcılığından daha çox sevgililərinin sayı ilə gündəmi zəbt edən komediya ustası Cem Yılmaz yenə də diqqət mərkəzindədir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmazın yeni sevgilisi Ayşe Hatun Önalla münasibətə başlamazdan əvvəl 7 il birlikdə olduğu Cansu Dere ilə barışmaq istədiyi ortaya çıxıb. Bunun üçün o, bütün romantik yollara əl atıb. Deyilənə görə, münasibətlərinin evliliyə doğru irəlilədiyi söylənilən Cansudan ayrılıb, onun rəfiqəsi Ahu Yağtu ilə nikah masasına əyləşən Yılmaz keçmiş eşqinə sevgi mesajları da yazıb.

İddialara görə, Cem Cansuya etdiklərindən dolayı peşman olduğunu yazıb və üzr istəyib. Bu azmış kimi, filmlərdəki kimi jest etməyi də unutmayıb. O, əllərində çiçəklərlə Cansunun qapısına gedib, ondan üzr istəyib. Bütün bunlara baxmayaraq, komediya ustası keçmiş sevgilisindən rədd cavabı alıb.

Cansudan ümidini tam kəsən Yılmaz bir müddət avstraliyalı Melanie Shepherdlə münasibət qurub. Daha sonra isə xoşbəxtliyini Ayşe Hatun Önalda tapıb.

Xatırladaq ki, Cansu Derenin Cem Yılmazla tez-tez küsüb barışdığı 7 illik sevgi münasibəti 4 il öncə başa çatıb. Buna səbəb Cemin Cansunun rəfiqəsi Ahu Yağtu ilə gizli münasibətə girməsi olub. Onların bu münasibətindən Ahu hamilə qalıb. Cem də onunla nikaha girib. Onların oğulları doğulub. Uşağa Kamal adı verilib.

1 il davam edən evliliyə ötən ilin Yeni il günü son qoyulub.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR