Xoşqədəmin qayınanası şərt qoydu - Video
Bizi izləyin

Tabloid.az

Xoşqədəmin qayınanası şərt qoydu - Video

Azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun toyundan Türkiyənin TV8 telekanalı xüsusi reportaj hazırlayıb.

Azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun toyundan Türkiyənin TV8 telekanalı xüsusi reportaj hazırlayıb. Telekanalın müxbiri toydan əvvəlki hazırlıq mərhələsindən tutmuş toy sona çatana kimi cütlüyün yanında olub.

Əcnəbi telekanalına müsahibəsinə məşhur aparıcı sevməsəydim heç vaxt toy olmazdı. “Sevgisiz ailə olmaz. Təbii Allah qisməti yazıb, amma, sevgi olmayan yerdə ailə olmaz”.

Hidayətqızı həmçinin Doğuşun ən çox gözlərinə vurulduğunu da əlavə edib. “Türk millətində kişinin sözü keçir. Kimin hansı mərtəbədə olmasından asılı olmayaraq, evimizdə kişinin sözü keçəcək. Hətta baxın, üzümdə makiyaj belə yoxdur” sözlərinə əlavə olaraq Doğuş da xanımına jest edib: “Kişi nə qədər hökmdar kimi görünsə də, idarəedən xanımdır”.

Süjetdə Xoşqədəm Hidayətqızının qayınanası da öz fikirlərini bildirib və əkiz nəvə gözlədiyini etiraf edib.

Təqdim olunan reportajdan bəlli olur ki, Doğuş xüsusi olaraq toy günü üçün xanımına “Mələyimsən sən” adlı mahnı bəstələyib. Cütlük mahnını toylarında birlikdə duet ifa ediblər.

Toydan ən maraqlı görüntüləri tabloid.az təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm