Təmtəraqlı bayram libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Təmtəraqlı bayram libasları - Fotolar

Təmtəraqlı bayram libasları

Yəqin ki, siz də Yeni ilin gəlişini mənim kimi səbirsizliklə gözləyirsiniz. Axı çoxumuz bütün il ərzində yığılan stressdən və gərginlikdən səhərə qədər əylənərək xilas oluruq. Ona görə də Yeni il axşamı hər bir xanım bacara bildiyi qədər gözəl görünməyə can atır.

İlin son iş həftəsi olmasına baxmayaraq, hər şeyi bir kənara qoyub bütün gücünüzlə bayramda nə cür görünəcəyinizi düşünməyi təklif edirəm. Qarşıdakı il zümrüd rəngli keçi və ya qoyun işarəsi altında təhvil olduğu üçün dəb aləmində onunla birlikdə zümrüdün, göy və yaşılın, gözəl qızılın bütün çalarları, həmçinin heyvan naxışları da gündəmə gəlir. Tabloid.az bayram obrazı üçün bir neçə stil təklifləri hazırlayıb.

Qarşıdakı Yeni il gecəsinin iki əsas rəngi - zümrüd və göyün müxtəlif çalarları sayılır. Bu rənglər dəb dünyasında gələn ilin sevimli hamisi olacaq.

Yüngül, axıcı, sürüşkən və çiynindən sərbəst düşən parçalar öz obrazını bu rəng qammasında sınamağa qərar verənlər üçün ideal seçim olacaq. Bu rəng xanımların individuallığını qoruyaraq incəliyini və zərifliyini vurğulamağa kömək edəcək.

Dizaynerlər göy və ya zümrüd rəngli atlasdan, məxmər və ya ipək parçadan tikilən, yerə qədər uzanan donları Yeni il gecəsi üçün ideal obrazlar hesab edirlər. Bu obrazı elə həmin rəngdə kəskin aksessuarlar, göy rəngli dəri ayaqqabılarla tamamlamağı tövsiyə edirlər. Qızılı, metal rəngli ayaqqabılar və aksessuarlar da göy rənglə yaxşı yola gedir.

Qızılı rəngin cazibəsi

Parıltı Yeni il gecəsində heç vaxt çox olmur. Nə qədər çox parıldasanız, o qədər çox işıq saçacaqsıız. Ən əsası bu parıltı heç kimin zövqünü korlamayacaq. Bu mövsüm qızılı, biserli və parıltılı paltarlar xüsusi ilə aktualdır. Bununla bahəm sayrışan qızılı və metal tonların olduğu makiyaj və manikür də populyarlığın zirvəsində olduğu dövrü yaşayır. Bir sözlə, diqqət mərkəzində olmaq istəyənlərin əlinə düşən ən gözəl fürsətdir. Əyində kip oturan qızılı donlar, biserli pencəklər, sayrışan parıltılı ayaqqabılar, biserli klatçlar bayram şənliyinin effektli tərzidir.

O, öz parlaqlığı ilə yanaşı, qızılı trend təəccüb doğuracaq dərəcədə effektli və universaldır. Belə ki, parıltılı geyimlər həm sarışınlarda, həm də qarabuğdayılarda hər bir halda gözəl görünür. Gözəlliyini layiqli və effektli şəkildə vurğulamaq istəyənlər bu trendlə ayaq uydura bilər.

Bu mövsüm heyvan naxışları da aktualdır. Qarşıdan gələn bayram şənliyində bəbir naxışları ilə işlənmiş paltarlar seksual görünmək üçün yaxşı fikirdir. Bu trendlə zamşa və laklı ayaqqabılarla yaxşı uzlaşır. Heyvan naxışlı paltar həvəskarları Yeni il obrazında son nöqtəni miniatür klatçlar vasitəsi ilə qoya bilərlər.

Bəbir naxışları qırmızı rəngli və biserli donlar qədər aktual olmasa da, Yeni il şənliyində sizi digərlərindən kəskin şəkildə fərqləndirmək gücünə malikdir. Həmin gecə siz klassik obrazınızla seçilmək şansı qazanacaqsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm