“Yeni ilə baş ağrısı ilə girməyək” – Diyetoloq Tutu Zeynalova
Bizi izləyin

Tabloid.az

“Yeni ilə baş ağrısı ilə girməyək” – Diyetoloq Tutu Zeynalova

Tabloid.az Azərbaycanda azsaylı savadlı diyetoloqlardan hesab edilən Tutu Zeynalova Yeni illə bağlı yazdığı maraqlə məqaləni təqdim edir:

Tabloid.az Azərbaycanda azsaylı savadlı diyetoloqlardan hesab edilən Tutu Zeynalova Yeni illə bağlı yazdığı maraqlə məqaləni təqdim edir:

Son zamanlar mənə zəng edən və sms yazan pasientlərlə sohbətimizin mətni “Doktor, yeni il bayramını yola verək, doyunca yeyək, bayramdan sonra qəbulunuza gəlmək istəyirəm” olur. Sanki yeni il bayramı yemək üçün verilən son şansdır.

Buna səbəb insanların düşüncəsində “pəhriz” sözünün “aclıq” sözüylə eyni anlama gəlməsidir. Və bu mövzuda maariflənmənin az olmasıdır. Əslində pəhriz ac qalmaq deyil, düzgün qidalanmaqdır!

Qayıdaq “Yeni il” məsələsinə. Yeni il bayramını restoranda keçirtmək imkanı və ya istəyi olmayan sadə bir ailənin bayram hazırlığını gözdən keçirək. Bir neçə gün öncədən başlanan qızğın hazırlıq evin xanımının bayram gününü mətbəxdə keçirməsi ilə nəticələnir. Axşam hazırlanan yeməklərin həddən artıq gec saatda yeyilməsi, üstəlik, spirtli içki qəbulu Yeni ilə baş ağrısı və halsızlıqla girməyə səbəb olur.

Qida rasionu, vaxtı və qəbul edilən qidanın miqdarı Yeni ili restoranda qarşılayanların da başağrısına çevrildiyindən bayramı evdə, ya da restoranda qarşılamağın fərqi olmur.

Çünki Yeni ildə qəbul etdiyimiz qidalar həzm sistemi başda olmaqla, bir çox sistemi yükləyir. Buna görə də, yaxşı olar ki, bayramdan öncə evimizi təmizlədiyimiz kimi, bədənimizi də toksinlərdən təmizləyək. 1 il bizim üçün yoruldum demədən çalışan bədənimizi dincəlməsi üçün bu, vacibdir. Beləliklə, bayram süfrəsindəki ləzzətli yeməklərdən orqanizmə zərər vermədən dadmaq imkanımız olar.

Həyatımızdakı ən önəmli bayramlardan biri olan Yeni ili xoş təəssüratlarla xatırlamaq istəyirsinizsə, həmin gün düzgün qidalanmalısınız.

Bayram günü “onsuz axşam çox yeyəcəm” düşüncəsi ilə ac qalmaq ən böyük səhvdir. Çünki axşama qədər daha çox acdığınızdan, yeməyinizin miqdarına nəzarəti itirəcəksiniz, bədəninizi toplama rejiminə salmış olacaqsınız. Ac qalan bədən aldığı kaloriləri yandırmaq əvəzinə növbəti aclıq vəziyyəti üçün depolamağa başlayacaq. Buna görə günə səhər yeməyi ilə başlamaq vacibdir. Günorta yeməyində yüngül bir şorba, ya da tərəvəz xörəyi zəngin axşam yeməyi üçün hazırlıq xarakteri daşıya bilər. Hazır qidalar, şirniyyat kimi atışdırmalıqlardan isə uzaq durun.

Bayram süfrəsində hindi ətinin olması əslində böyük şansdır. Çünki hindi ətinin xolesterini aşağıdır. Qırmızı ətdən fərqli olaraq rahat həzm olunur.

Yeməkləri yavaş-yavaş , aramla, kiçik porsiyalarla yeyin. Çox yağlı və qızartmalardan uzaq durun.

Yeni il gecəsi ən önəmli mövzulardan biri də spirtli içkidir. Bayram süfrəsində uzun müddət oturduğunuz üçün spirtli içki də yemək qədər çox qəbul olunur. Hər ikisinin eyni vaxtda və normadan artıq qəbulu növbəti gün baş ağrısı, yorğunluq, ürəkbulanma, qusma, ağırlıq hissi ilə müşayiət olunacaq. Ona görə də, aşağı kalorili içkilərdən (qırmızı şərab, pivə) istifadə etmək və 2 qədəhdən artıq içməmək məsləhətdir. Spirtli içkilər bədəndən su atılmasına səbəb olur. Buna görə istər Yeni il gecəsi, istərsə də, növbəti gün su qəbuluna diqqət yetirmək lazımdır. Məsələn, bayram süfrəsində aramla, qurtum-qurtum su içməklə həm çox yeməyinizin qarşısını alar, həm də bədənin su ehtiyatını bərpa edərsiniz. Bayram süfrəsində bitki çayları içmək isə həm mədəni rahatladır, həm də bədəni toksinlərdə azad etməyə kömək edir.

Bayram süfrəsində südlü şirniyyatlar və meyvələrə üstünlük verməyiniz tövsiyə olunur.

Açıq havada 1 saat gəzməklə yeni il gecəsi qəbul etdiyiniz artıq kaloriləri yandıra bilərsiniz. Bununla da özünüzü daha enerjili hiss edəcəyinizdən əmin olun.

Yeni ildə bütün başlanğıcların uğurla nəticələnməsi arzusu ilə... P.S. Unutmayın! Həyatda heç nə sizin sağlamlığınızdan daha vacib ola bilməz.. Özünüzə yaxşı baxın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm