Yaşarın ilk xanım duet ortağı məlum oldu - Video
Bizi izləyin

Tabloid.az

Yaşarın ilk xanım duet ortağı məlum oldu - Video

Müğənni Yaşar Cəlilov ilk dəfə olaraq xanım müğənni ilə duet oxuyub.

Müğənni Yaşar Cəlilov ilk dəfə olaraq xanım həmkarı ilə duet oxuyub.

Tabloid.az xəbər verir ki, onun duet ortağı estrada müğənnisi Təranə Mahmudovadır.

Cütlük Dean Martinin repertuarından olan məşhur “Sway” mahnısını ifa edib.

Layihə xüsusi olaraq ATV-də yayımlanan “N1” musiqi yarışmasının Yeni il buraxılışı üçün hazırlanıb. Veriliş dekabrın 30-da saat 21:45-də yayımlanacaq.

Y.Cəlilov duet ortağını özü seçib. T.Mahmudova da bu təklifi məmnuniyyətlə qəbul edib.

Yeri gəlmişkən, qeyd edək ki, bu həftə “N1” yarışmasında Yaşar Cəlilovla Mirkamil Kamilov duelə çıxmalı idi. Lakin veriliş bayram gününə təsadüf etdiyindən duel yanvarın 6-da baş tutacaq.

Yaşar və Təranənin ifasında “Sway” mahnısını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm