Günay türkiyəli modelyerə dəstək olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Günay türkiyəli modelyerə dəstək olacaq - Fotolar

Nümayişdə Günay ilə yanaşı Türkiyənin tanınmış modelləri də iştirak edəcəklər

Bu yaxınlarda “Turkish Fashion Day” müsabiqəsində iştirak etmək üçün paytaxt Bakının qonağı olan Türkiyədə yaşayan model Günay Musayeva gələn ilin aprel ayında yenidən paytaxtımızda təşkil olunacaq moda nümayişində iştirak edəcək. Günay həmçinin sözügedən dəfilənin təşkilatçısı olacaq.

Tabloid. xəbər verir ki, həmyerlimiz Türkiyədə dəbin yaradıcılarından hesab edilən Yıldırım Mayrukun geyimlərindən ibarət şou təqdim etməyi planlaşdırır.

Nümayişdə Günay ilə yanaşı Türkiyənin tanınmış modelləri də iştirak edəcəklər.

Maraq üçün bildirək ki, Yıldırım Mayruk “Turkish Fashion Day” çərçivəsində öz geyimlərini sərgiləməli idi. Lakin nümayişə bir gün qalmış siyasi səbəblərdən dəfilədən kənarlaşdırılıb.

Günay Musayevanın fikrincə, bu, heç də haqlı addım deyil. Bu səbəbdən türk modasının yaşayan əfsanəsi Yıldırım Mayrukun geyim kolleksiyasından ibarət dəfilə təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm