Ayaqdakı göbələkdən xilas olmağın ən asan yolu
Bizi izləyin

Tabloid.az

Ayaqdakı göbələkdən xilas olmağın ən asan yolu

Türkiyənin məşhur həkimlərindən Əhməd Marankinin bu resepti köməyinizə gələcək

Göbələk xəstəlikləri sağlam olmayan dəridə müşahidə olunur. Ayaqlar gün boyu ayaqqabının içində qaldığı üçün buradakı isti və nəm göbələklərin yaranması üçün münbit şərait yaradır. Göbələk problemi ilə üzləşmək istəmirsinizsə, keyfiyyətli ayaqqabılar geyinməlisiniz. Ucuz qiymətə alınan, süni dəridən hazırlanan, su keçirən, hava keçirməyən ayaqqabılar göbələyin ən böyük səbəblərindən biridir. Göbələk başqasından keçə bilər. Ona görə də heç kimin ayaqqabısını geyinməyin.

Apteklərdə satılan bir sıra dərmanlar və mazlardan uzun müddətli istifadə nəticəsində bu problemdən xilas olmaq olar. Ancaq siz daha təbii üsullara üstünlük verirsinizsə, tabloid.az Türkiyənin məşhur həkimlərindən Əhməd Marankinin bu reseptinin köməyinizə gələcəyini xəbər verir.

Ayaqlardakı göbələkdən xilas olmaq üçün sarımsaq müalicəsini tövsiyə edən Maranki təqdim etdiyi sarımsaq dərmanından davamlı olaraq istifadə etdikdə qısa müddət ərzində ayaq göbələyinin yox olduğunu bildirir.

Bunun üçün 7-8 diş sarımsağı bir az duz ilə qarışdırıb yaxşıca əzmək lazımdır. Sarımsağı döydükdən sonra kiçik bir qabın içərisinə tökün. Üzərinə 2-3 damcı spirt əlavə edin. Bu qarışığı bağlı şüşə qabda üç-dörd saat gözlədin. Arada bir qabı çalxalayaraq məlhəmin tərkibinin daha tez qarışmasına nail ola bilərsiniz. Daha sonra həmin məlhəmin suyunu süzün.

Hər gecə yatmazdan əvvəl ayaqlarınızı ilıq su və sabunla yuyun. Daha sonra problemli bölgədəki ölü dəriləri təmizləyin. Sarımsaq və duzdan əldə etdiyiniz suyu pambığöa batıraraq həmin bölgənin üzərinə qoyun. Göbələk daha çox barmaq aralarında meydana gəldiyi üçün pambığı qoyduqdan sonra əlavə olaraq bintlə bağlamağa ehtiyac yoxdur.

Üç saat sonra bu pambıqları çıxarılıb ayaqlar yenə ilıq su və sabunla yuyulmalıdır. Bu proseduranı 15 gün tətbiq etmək lazımdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm