Qızların evdən qaçmasının səbəbi nədir?
Bizi izləyin

Tabloid.az

Qızların evdən qaçmasının səbəbi nədir?

Qızların evdən qaçmasının səbəbi nədir?

Son zamanlar demək olar ki, hər gün 13-14 yaşı qızların evdən qaçması və ya intihar etməsi ilə bağlı yazılar oxuyuruq. Təəssüflər olsun ki, bu məsələlərlə bağlı demək olar ki, bir ölçü götürülmür. Bu gün tanımadığımız o qızların yerində sabah bəlkə də ən yaxın dostumuz, qohumumuz, bacımız və ya gələcək övladımız ola bilər.

Psixoloq Günel Hüseyinli tabloid.az-a cəmiyyətimizi narahat edən bu problemin səbəbləri və həlli yolları haqqında yazıb.

Baş vermiş hadisələrlə bağlı şərhləri oxuyarkən anladım ki hər zaman olduğu kimi ilk qınanılan o qızlar oldu. Lakin kimsə özünü, cəmiyyəti, valideynləri, müəllimləri qınamaq istəmir.

Yəqin ki, bir neçə gün öncə evdən qaçan və başqa bir rayona gedən və daha sonra təcavüzə məruz qalan qızlar haqqında eşidib. Demək olar ki , hər kəs öz dil zənginliyinə uyğun bu qızları təhqir edərək şərhini bildirdi. Lakin məsələyə düşünərək yanaşsaq günahın qızlardan çox valideynlərdə olduğunu görərik. Hadisəyə səbəb kimi ana və qızı arasında problemlərin olması və qızların küsərək evdən getməsi göstərildi. Əgər 13-14 yaşlı bir qızdan söhbət gedirsə normal halda bu keçıd dövründə ana və qız, müəllim və şagird, psixoloq və şagird həmçinin valideyn və məktəb kollektivi arasında düzgün əlaqə qurulmalıdır. Əgər qızın bu mərhələdə davranışlarında hər hansısa problemli hallar müşahidə olunarsa bu birgə həll olunmalıdır. Yuxarıda yazdığım qulağa və gözə xoş gələn lakin mövcud olmayan əlaqələrin yoxluğundan məhz bu hadisələr də baş verməkdə davam edir. Bu gün ölkəmizdə bəzi istisnaları çıxmaqla müəllim və valideyn arasında ən yaxşı əlaqə müəllimlər günü və 8 Martda olur, məktəb psixoloqu isə mücərrəd anlayışdır. Tanıdığım bir neçə məktəb psixoloqu istisna olmaqla..

Bu məsələ ilə bağlı yalnız bir verilişdə qısa şərh verildi. Amma fikir maraqlı idi : “Çində uşaqlara 5 yaşına qədər “yox” sözü deyilmir. Uşaq bu yaş mərhələsində özünü formalaşdırır, öz səhvlərini görmüş olur” Bizdə isə uşağın istəklərinə mədəni formada yox deyilir, digər deyiliş forması isə məlumdur.

Əgər bir qız yaşadığı evdən qaçırsa deməli ana və qızı arasında normal əlaqələr demək olar ki, yoxdur. Səbəb odur ki, bu kimi analar qonşuların özəl həyat qeybətlərini dinləməklə, evdə türk və xarici seriallara baxmaqla, filan müğənni filan işi gördü xəbərinə baxmaqla məşğuldur. Bir mənada cahil formada böyüyən bu anaları da qınamaq olmur. Çünki həm o ananın anası da onu belə böyüdüb, ikincisi efirlərdə gördüyü bunlardı. Övladın psixoloji keçid mərhələsi, dostları, dərsləri, müəllimləri ilə maraqlanan, psixoloqla söhbətlər aparan anaların sayı bu gün həddən artıq aşağı, yox səviyyəsindədir.

Ailədən diqqət, bəzi mövzularda dəstək görməyən qız uşağı da asanlıqla ətrafdaki insanların davranışlarına aldanır. Burda sosial şəbəkələrin rolu da böyükdür.

İkinci baş verən hadisə isə bu yaxınlarda evdən qaçan və tapılaraq ailəsinə təhvil verilən, lakin səhər saatlarında intihar edən bir qızın həyatı..

Deyək ki, yuxarıdakı səbəblərdən bu qız da evdən qaçdı. Bəs bu qızı tapan kimi evə gətirmək düzgündürmü ? Bu qiz bir neçə müddət adiyyatı qurumlarda qalsa, ana və qızı ilə ayrılıqda psixoloji söhbətlər aparılsa, məsələyə ortaq çıxış yolu axtarılsa indi o qız həyatda ola bilərdi..

Bu və buna bənzər hadisələr diqqətsizlik, qayğisizliq, gənclərə qeyri düzgün yanaşma ucbatından hələ çox baş verə bilər. Lakin bu mövzularda həm şagirdlər, həm valideynlərlə seminarlar keçilsə, psixoloqla birgə söhbətlər aparılsa çox şey dəyişə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm