Tabloid.az
Ofis stili üçün ən gözəl saç düzümləri - Fotolar
İşləyən qadınlar üçün yığılma qaydası asan, gün boyu narahat etməyən, eyni zamanda rəsmi mövqeyi ortaya çıxaran ofis saçı modelləri tələb olunur. Tabloid.az sadə amma təsirli ofis saç modelləri arasından ən yaxşılarını toplayıb.
At quyruğu
Asan saç modeli kimi görünsə də, diqqətlə yığıldığı təqdirdə iş yerində gözəl saç modelidir. Xüsusilə düz saçlarınızı səliqəli şəkildə darayaraq at quyrğu yığa bilərsiniz. Ofis stili üçün əlverişli olması və ciddiliyi ilə at quyruğu modelləri daha çox təklif olunur.
Toppuz
Şişirdilmiş və ya dağınıq modellər iş yeri üçün müvafiq variantlar olmasa da, "balerina toppuzu" dediyimiz model bütün xanımlara, o cümlədən, ofisdə çalışanlara çox yaraşır. Keçmişdə də qadınların ən sevdiyi saç modeli olan, boyunda dayanan, aşağı toppuz modeli ofis stilinə tamamilə uyğun gəlir. Klassik, amma boyunda qəşəng duran toppuzlarla həm rəsmi, həm də zərif görünmək mümkündür.
Dalğalı saçlar
Buruq saçlar ofis üçün çox çılğın görünə bilər. Amma ucları dalğalandırılmış saçlar iş qadınlarına yaraşan ən yaxşı saç modellərindən biridir.
Düz saçlar
Düz saçlar hər tərzə uyğun gəldiyindən, işgüzar qadınların da bir nömrəli seçimidir.
Yarım yığılmış saçlar
Saçları ilə məşğul olmaq istəməyən xanımlar yarım yığılmış modellərlə nostalji hisslər oyada bilər. Məhz romantik saç düzümü ofis stilini müşayiət etməyə qadirdir. Saçlarınızı bitişdirərkən istifadə edəcəyiniz sancağının zərifliyi bu saç modelinə xüsusi gözəllik bəxş edir.
Ziqzaq saç düzmü
Xüsusilə qısa saçlara çox yaraşan bir modeldir. Hər zaman yan tərəfdən və ya ortadan ayırdığınız saçlarınızı bir dəfə də ziqzaq edərək ayırın. Nə qədər qəşəng bir model olduğuna təəccüblənəcəksiniz.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR