• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xanımları zərif, eyni zamanda ciddi göstərən stil - Fotolar

Xanımları zərif, eyni zamanda ciddi göstərən stil - Fotolar

Qarderobun rahat və dəbli predmeti olan pencək demək olar ki, aparıcı dünya dizaynerlərinin hər kolleksiyasında yer alır. 2014 və 2015-ci ilin qış kolleksiyalarında dizaynerlər pencəkləri müxtəlif modellərdə - rəngli, bir düyməli, iki düyməli, uzun və qısa formada təqdim edirlər. İlin ən dəbli rəngləri arasında qara, boz, qəhvəyi və xakinin müxtəlif tonları var. Bu mövsüm dizaynerlərin əsas fikri qadınları zərif göstərməkdir. Məhz buna görə 2014-2015 payız-qış dəb kolleksiyasının əsas mövzusu daha dəqiq zərif, eyni zamanda maraqlı üsluba qayıdışdır. Məşhur dizaynerlər yeni ildə klassik işgüzar kostyumu xatırlamağı təklif edirlər: ənənəvi yubka-karandaş və bədənə kip oturan, beli vurğulayan qısa pencəklər.

Klassik pencəklər

Əvvəlki kimi klassik üslubda pencəklər aktualdır. Belə pencəklərin uzunluğu əsasən belə qədər olur. Bu fason yeni ildə çox populyar olacaq. Klassik ingilis yaxalığı ən dəbli trenddir. Ümumiyyətlə, unutmayın ki, klassika heç zaman dəbdən düşmür. Buna görə yeni mövsümdə beləsini alsanız, uduzmayacaqsınız. Ən əsası isə pencəkdə müxtəlif dekor elementlərinin olmasıdır. Klassik pencəyi qarderobunuzun digər elementləri ilə rahat uyğunlaşdıra bilərsiniz.

Модные тенденции осень зима 2014 2015 брючный костюм

Məxmər pencəklər

Məxmər pencəklər gödəkcələrdən və adi pencəklərdən bir addım önə çıxır. Üstəlik, qış mövsümündə ən isti saxlayan və eyni zamanda çox qəşəng geyimlərdən biridir. Məxmər pencəklər paltarların ulduz parçası olarkən, qışda zəhmətsiz zərifliyə nail olmaq istəyənlərə də çarə olur.

Məxmər pencəklərin bu mövsüm ən çox qara, tünd qırmızı, yaşıl, göy və mavi tonlarına üstünlük verilir. Cins şalvarlardan atlaz paltarlara qədər geniş kombinləri olan və variantlar təklif edən bu gözəl geyimi Kara Delevin kimi tək parça (Tuxedo) paltar kimi də istifadə etmək olar. Məxmərin yalnız klassik kəsimlərdə istifadə edildiyini söyləmək də səhv olardı. Məxmər parçaların artıq idman tərzində də özünəməxsus yeri var. Kimono, hətta Bomber tərzi kurtkalarda da məxmər parçanın istifadə edilməsi diqqət çəkir.

tabloid.az

Əvəzolunmaz tvid parçalar

Koko Şanelin modada cızdığı tvid parçası zərifliyin və zadəganlığın bir nümunəsi olmağa davam edir. Bu parça şotlandiyalı hersoq Vindzorskoqun ən sevimli parçalarından biri kimi tanınırdı. Əfsanəvi madmazel Koko Şanel də bu parçanın pərəstişkarlarından olub. Tvid əvvəllər həqiqətən də ləyaqətli və mötəbər parça sayılırdı. Əvvəllər parça sırf kişi materialı sayılırdı, ancaq Şanel onu qadın geyimlərinin sevimli parçasına da aid edir. Onun yaratdığı iri cibləri olan və xüsusi emblemli kaşmir kişi sayağı pencəklər diqqət çəkir. O, kişi fraklarıdır ki, artıq qadın bədəninə uyğun olaraq hazırlanır. Cəmiyyətin prinsip və ənənələrinə baxmayaraq, bütün bunlar bizim rahatlığımızı təmin etməkdən ötrü hazırlanmışdı.

Havanın soyuq olmasına baxmayaraq, klassik və rəsmi üslubda geyinmək istəyənlər tvid pencəklər geyinə bilər. Bu mövsüm çalışan xanımların seçimlərində xeyli çox yer alan tvid pencəklər, şalvarlar və ətəklər sizlərin maraqlı obraz əldə etməyinizi təmin edəcək.

Klassik zərifliyi ilə yanaşı, idman modelləri ilə də olduqca diqqət çəkən tvid pencəklər 2015-ci ilin ən favorit geyimləri arasında yer alır. Bu qəşəng və trend parça istər gündəlik, istərsə də, gecə paltarlarınızın üzərinə rahatlıqla geyinə bilərsiniz. Diqqət etməyiniz lazım olan yeganə məqam pencəyin üzərinizə tam oturmasıdır. Bədəninizə uyğun tvid pencək sizə qış mövsümünü doya-doya yaşadacaq.

Belə pencəklər həm ciddi, eyni zamanda çox seksual görünür. Ümumiyyətlə, payız və qış üçün ən yaxşı geyim növü tvid pencəkdir. Tvid hazırda qadınların ən çox üstünlük verdikləri parçadır. Məhz bu parçadan ciddi, həm də cəlbedici kostyumlar tikilir. Belə pencəkdə diqqətdən kənarda qalmaq mümkün deyil.

Militari tərzi

Yeni ildə hərbi üslubda olan pencəklər yenə də dəbin zirvəsində olacaq. İstisnasız bütün modellər bədənə kip oturan və iri metal düymələrlə bəzədilmiş olmalıdır. Militari pencəklərə xas rənglər əsasən xaki, tünd-göydür. Həmçinin bəzi dizaynerlər hərbi üslubda dama-dama pencəklər də təqdim edirlər. Dizaynerlər yeni mövsümdə pencəkləri yun şort və şalvarla geyinməyi məsləhət bilirlər. Zərif görünmək istəyənlər isə uzun, yəni baldırın ortasına qədər olan don və yubkaya üstünlük versinlər. Militari pencəklər cinslərlə də çox gözəl görünür.

Qısa pencəklər

Qısa pencəklər fəslin ən dəbli tendensiyasından biridir. Belə pencək demək olar ki, istənilən geyimlə əla uyğunlaşır - ideal "ofis" ansamblı yaratmaq üçün yubka-karandaşla, cins və donla gözəl görünər. Yeni ildə dizaynerlər qısa pencəyi hündür bel şalvarlar və qalın lasinlərlə geyinməyi məsləhət görürlər. Bəzi dizaynerlər 90-cı illərin üslubuna qayıdaraq qısaqol və ya qolu qatlanmış pencəkləri şort və köynəklə uyğunlaşdırmağı təklif edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR