Kişi xəyanətinin psixoloji məqamları
Bizi izləyin

Tabloid.az

Kişi xəyanətinin psixoloji məqamları

Kişi xəyanətinin psixoloji məqamları

Günümüzdə ən önəmli mövzulardan olan və dəfələrlə müzakirə olunan mövzulardan biri də xəyanətdir. Adətən xəyanətin səbəbləri araşdırılanda bizlər ilk olaraq kişiləri günahlandırırıq və qadınları müdafiə edirik. Mühakimə olunan kişiləri isə ümumiyyətlə, dinləmək istəmirik. Bu zaman qadınların ön plana çıxmasının əsas səbəbi onların həssaslığıdır. Xəyanətə uğramış əksər qadınlar uzun müddət depressiya vəziyyətində olur, sözsüz ki, psixoloji sarsıntı keçirir. Belə qadınları gördüyümüz zaman isə biz əks cinsi lənətləyirik, bütün günahları ona doğru yönəldirik. Bəs əsl səbəb nədir?

Bu səbəbləri psixoloq Günel Hüseynli Tabloid.az üçün yazdığı bu məqalədə açıqlayır:


Bu cür qadınların həyatına baxdığımız zaman evliliyin ilk illərində hər şeyin normal olduğunu görürük. O zaman daha maraqlı bir sual ortaya çıxır...


Sevgi və qarşılıqlı hörmət üzərində qurulmuş bir ailədə belə bir problemin yaranmasına nə səbəb olub?


Evliliyin ilk illəri xoşbəxt şəkildə keçir. Belə desək baxımlı olmayan bir qız yoxdur. Gənc xanım sevgilisinə, ya da nişanlısına gözəl görünmək üçün daim baxımlı olur. Geyim, ətir, düzgün makiyaj və s. bu kimi məsələlərə həssa yanaşır. Evliliyin ilk illərində də bu vərdişlər davam edir. Lakin sonradan ev, uşaq, yemək, paltar və s. məişət qayğıları artdıqca qadının həyatında baxım və cinsəllik ön plana çıxar.

Düzdür, kişi sizin əməyinizi qiymətləndirir. Lakin kişiyə sadəcə evdar bir xanım deyil, sözün hər mənasında baxımlı və gözəl bir xanım lazımdır. Xəyanətə uğramış bir xanım yoldaşının seçdiyi “qadına” baxsa o qadında heç də qeyri adilik görməz. Sadəcə bir az baxımlı, səliqəli, üzərindən bozbaş və ya sabun iyi gəlməyən, evdəki problemləri böyütməyən, gülərüz biri olduğununu anlayar. Kişilər qadınlardan fərqli olaraq daha çox rahatlığı və dinciliyi sevər. İşdən evə gəldiyi zaman qarşısına problemlərlə dolu bir xanım çıxsa, əlbəttə ki, rahatlığı başqa yerdə axtaracaq. Heç bir kişi evini qoyub başqa yerə getmək istəməz. Onları evdən uzaqlaşdıran elə xanımların özüdür. Bu baxımdan qadınlar bir az da günahı özlərində görsə daha yaxşı olar. Məsələn son dəfə yoldaşınız üçün nə vaxt gözəl bir geyim geymisiz, onun üçün özəl bir gecə hazırlamısız? Çoxununz bəlkədə illərdi bunu etmirsiz. Bizim qadınlar ancaq bir yerə qonaq getdiyi zaman, toya, nişana və ya hanısa ziyafətə dəvət aldığı zaman bəzənər, sanki gözəl görünmək ancaq onda lazımdır. Lakin sizin gözəlliyinizi duymaq istəyən elə evinizdəki həyat yoldaşınızdır.


Həyat yoldaşını evinə, ailəsinə bağlı etmək, onu xəyanətə məcbur etmək də elə siz qadınlardan asılıdır.

Məsələn, birinci addım: Yuxudan durduğu zaman yaxşı bir səhər yeməyi ilə bütün ailəni bir süfrədə əyləşdirin. Səhər yeməyində bildiyimiz kimi qeyri-adi yeməklər olmur. Lakin onu maraqlı etmək olar. Əlinizdə olan ərzaqlarla praktik, asan, həm də maraqlı səhər yeməyi hazırlaya bilərsiz. Ümumiyyətlə, bir süfrədə əyləşmək ailəni daha möhkəmləndirər. Bu zaman elə yoldaşınız da necə mehriban bir ailəyə sahib olduğunu hər səhər xatırlayar.

İkinci adım: Yoldaşınız işə getdikdən sonra ev və qayğılar sizinlədir. Amma güclü qadın hər şeyin öhdəsindən gələr. Önəmli olan çox iş görməyiniz deyil, düzgün və sistemli ev qaydası yaratmaqdır. Zatən bu zaman hər gün əziyyətli şəkildə ev yığışdırmaq məcburiyyətində qalmazsınız. İşlərinizi qrafikə bölün. Nahar və ya şam yeməyi hazırlayacaqsınızsa, çalışın ki yeni reseptlər öyrənin. Unutmayın ki, kişilər rəngarəng süfrələri daha çox sevir. Təmiz və səliqəli süfrədən istifadə edin. Sizə xırda görünən nüanslar əslində kişilər üçün əhəmiyyətlidir.

Üçüncü addım: Yəni siz. Dünyada çirkin qadın yoxdur, baxımsız qadın var. Baxımlı olmaq isə heç də bahalı geyim, həddindən ziyadə çox makiyaj, qeyri-adi saç düzümləri deyil. Əgər 5 dəst ev paltarınız varsa bunları bir- biri ilə dəstləşdirib maraqlı rəngli geyimlər kimi geyinə bilərsiz. Bir paltarı dəst geyinmək məcburiyyətində deyilsiz. Gün ərzində iş gördüyümüzdə, yemək bişirdiyimizdə sabun, yağ, tər qoxusu geyimimizə çökür. Biz bəzən bunu hiss etməsək də bu əks cinsi xoşagəlməz şəkildə narahat edir. Ona görə də bədən baxımı xüsusən vacibdir. Ev işləri bitdikdən sonra əsas qulluq özümüzə olmalıdır. Ən yaxşı üsul evdə iş görərkən daha rahat bir geyim geyinmək, işlər bitdikdən sonra yuyunub təmizlənmək, geyimi dəyişmək, saçı qaydaya salmaq, sadə bir ətirdən istifadə etməl lazımdır. Sadəcə bir neçə təmizlik və baxım qaydalarına riayət etsəniz evinizdə yaranan dəyişikliyi hiss edərsiniz.

Və sonda kişilərin öz dilindən xəyanətin səbəbini oxuyaq. Belə ki kişilər arasında apardığım kiçik sorğunu təqdim edirəm:

İlk öncə kişilərin ümumi xarakterində bu var. Və əgər kişi xəyanət edirsə, bunda qadının da qismən günahı var.

Kişinin həyatını bir həyata bağlaması üçün qadın özü buna çalışmalıdır. Kişilər baxımsız qadınları, qadının onun üzərində hökmranlıq etməsini sevmirlər.


Kişi işdən gələndən üstündən başqa qadının ətri gəlsə də, evə gec gəlsə də, qadın bunu şişirtməməlidir. Kişilər səs-küyü heç sevməz. Qadın kişi evə gəlincə, gərək gülümsəsin, onun qarnını doydursun, şirin dillə söhbət eləsin... O zaman kişi xəyanıt etmiş olsa belə vicdan əzabı çəkəcək. Və bir daha xəyanət etməz. Amma qadın bunun əksinə hay-küy salarsa, kişi rahatlıq tapmaq üçün başqa qadına sığınacaq.

İstisna hal kimi gözəl qadının hormonlara verdiyi siqnal da xəyanətə səbəb ola bilər. Amma məncə qadın qadın olsa kişi xəyanət etməz. Əgər qadın mükəmməldirsə, amma buna rəğməz kimi xəyanət edirsə, deməli onun bəxtinə düşən kişi şərəfsizdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm