• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu geyimləri ən dəbli və cəsarətli qadınlar geyinəcəklər - Fotolar

Bu geyimləri ən dəbli və cəsarətli qadınlar geyinəcəklər - Fotolar

Yeni mövsümdə stilinizə qeyri-adilik qatmağa necə yanaşırsız? Dəbli görünmək istəyirsinizsə, bu günə qədər geyinməyə cəsarət edə bilmədiyiniz paltarlarınızı və heç vaxt ağlınızdan keçməyən trendləri yenidən nəzərdən keçirməlisiniz.

Çünki 2015-ci ilin dəb tendensiyaları bizi riskli seçimlər etməyə məcbur edəcək.

Tabloid.az bu ilin ən riskli, ən çox cəsarət tələb edən aktual dəb trendlərini toplayıb:

Başdan-ayağa qırmızı geyinmək

kirimizi1

Ehtirasın və eşqin rəngi olan qırmızı bu ilki mövsümdə qarderoblarımızda özünə geniş yer tapacaq. Başdan-ayağa qırmızıya bürünmək bu ilin ən diqqət çəkici trendlərindən biridir. Ancaq bu addımı atarkən sizi olduğunuzdan kök göstərəcək geyimlərdən uzaq durun.

Paltonun üzərindən kəmər taxmaq

palto460

Bu o qədər də riskli addım sayılmaya bilər. Çünki paltoların və mantoların üzərindən taxılan kəmər belinizi incə və sizi olduqca zərif göstərəcək. Kəmər sayəsində siz də fiquranızla diqqət çəkə, qıvrımlarınızı ortaya çıxara bilərsiniz. Ancaq dəbdəbli paltoları kəmərlə kombinləmək istəyirsinizsə, sadə kəmər modellərinə üstünlük verin.

Dikdaban ayaqqabını corabla geyinmək

corap460

Dikdaban ayaqqabını pambıqlı corabla geyinmək moda uğruna gözə alınacaq ən böyük risklərdən biridir. Ancaq bu kombinlə bu il hər yerdə qarşılaşa bilərsiniz. Ayaqqabınızın modelinin stiletto və ya səndəl olmasının heç bir önəmi yoxdur. Bütün cəsarətinizi toplayaraq stil ikonu görünmək üçün bu addımı ata bilərsiniz.

Qabarıq maksi ətəklər

etek460

Ayaq biləyində bitən qabarıq ətəklər bu il modanın şahzadələrdən ilham aldığını göstərir. Ötən yazdan bəri öz aktuallığını qoruyan qabarıq ətəklər sizi stil ikonu kimi göstərə bilər. Ancaq onu doğru şəkildə kombinə edə bilməsəniz, onda zövqsüz qadın kimi qiymətləndirlmə riskiniz artar. Burada diqqət etməli olduğunuz məqam rəngli ətəyinizi sadə koftalarla tamamlamaqdır. Qara bluzla çəhrayı maksi ətəyinizi, qara stilettolarınızı birləşdirin və mükəmməlliyin dadını çıxarın.

Başdan-ayağa dəri geyinmək

deri460

Başdan-ayağa dəri geyinmək moda ilə maraqlanan hər qadının bir dəfə də olsun sınaqdan keçirməli olduğu stildir. Təbii ki, belə geyinmək cəsarət tələb edir. 2015-ci ildə “pişik qadın” olmağa hazırlaşın. Çünki artıq seksuallıq ön plandadır.

Kişi stilini xatırladan geyimlər

cizgi460

Kişi geyimi tərzindəki paltarların 80-ci illərdə qaldığını düşünürsünüzsə, deməli yanılırsınız. Çünki bu dəb 2015-ci ildə çox aktual olacaq. Xüsusilə bu tərzdəki paltolar və şalvarlar qadınların zərifliyini vurğulayacaq.

Zərf ətəklər

zarfetek

Zərf ətək olaraq adlandırılan ön qismi yarıqlı bu modellər qüsursuz gözəllik axtarışında olan xanımların köməyinə gəlir. Zərf ətəklər dəri pencək və hörülmüş sviterlərlə əla uyğunlaşır.

Dodaq naxışı

dudak460

Ötən mövsümdə qarderoblarda daha çox çiçək naxışları və heyvan fiqurları olan geyimlər yer aldı. Bu il isə dodaq naxışı geyimləri qarderobumuzu əsir alacaq. Dodaq naxışı 2015-ci ilin ən favorit trendlərindən biri olmağa namizəddir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR