• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Portağal qabığının inanılmaz faydaları - Fotolar

Portağal qabığının inanılmaz faydaları - Fotolar

Portağal qabığının sellüliti aradan qaldırmaqda, otaq qoxusunu yox etməkdə və dəri təmizliyinə qədər bir çox faydası var. Portağal qabığını atmamaq üçün bir neçə möcüzəli səbəbləri var! Tabloid.az portağal qabığının faydalarını təqdim edir:

Qabyuyan maşında istifadə edin: Qabyuyan maşında pis qoxuları və daşlaşmanı aradan qaldırmaq üçün çəngəl-qaşıq hissəsində 2-3 ədəd portağal qabığı qoyun. Yuma prosesi qurtaranda maşının qapağını açarkən gözəl qoxular gələcək!

portakal-kabugu 04

Təbii otaq qoxusu hazırlayın: Portağal qabığını istilik sistemlərinin, ya da sobanın üstünə qoyub otaq qoxusunu dəyişə bilərsiniz. İstiliklə birlikdə portağalın unudulmaz qoxusu evə yayılacaq.

Romantik şərait yaradın: Portağal qabığını darçınla, mixəklə qarışdırıb tavada qoxusu çıxana qədər qovurun. Sonra bu qarışığı qəşəng bir boşqaba töküb salona gətirin və şamların üzərinə yerləşdirin. Siz çayınızı içərkən gözəl qoxularla ruhunuzu rahatlanacaq.

portakal-kabugu 06

Dərinizi təmizləyin: Qışda quruyan dərinizi nəmləndirmək və təmizləmək üçün portağal qabığından faydalanın. Çünki içərisində dəriyə faydalı olan kalium, zülal, B və E vitaminləri var. Portağal qabığını rəndələyin və bir az toz şəkərlə qarışdırıb üz və boyun hissəsinə dairəvi hərəkətlərlə masaj edərək yediridin. Sonra ilıq su ilə yaxalayın.

Kekslərə dad verin: Portağal qabığının narıncı hissələrini bıçaqla ayırıb rəndələyin və sobada çox aşağı temperaturda qurudub bankaya qoyun. Keks və torta qurudulmuş portağal qabığı əlavə edin. Şirniyyatların dadı lap möcüzə kimi ləzzətli olacaq...

portakallı kek

Bitki çayınızı zənginləşdirin: Yaşıl çay, ağ çay, cökə kimi sağlamlıq anbarı olan bitki çaylarının dadını və keyfiyyətini portağal qabığı ilə artıra bilərsiniz. Bitki çayını dəmlədikdən sonra çaydana bir neçə ədəd portağal qabığı əlavə edin. Bu dadı çox sevəcəksiniz!

portakal-kabugu 11

Salatı daha ləzzətli edin: Portağal qabığının narıncı hissələrini bıçaqla ayırıb, nazik şəkildə doğrayın. Rəndələnmiş portağal qabığını şüşə bankada zeytun yağıyla qarışdırıb qapağını bağlayın. Bir gün saxlandıqdan sonra salatlarda sous kimi istifadə edə bilərsiniz.

portakal-kabugu 07

Mürəbbə bişirin: Portağal qabığını atmamaq üçün bir möcüzə daha: mürəbbə! Qabıqları dilimləyin qaynadın. Suyunu süzüb qabıqları çəkin. Qabıqların çəkisindən 1,5 dəfə artıq şəkəri az su ilə qaynadın. Sonra pörtmüş qabıqları içinə əlavə edin. Tündləşəndə 1- 2 çay qaşığı portağal suyu və az miqdarda limon duzu və ya limon suyu qatıb 5- 10 dəqiqədən sonra oddan götürün.

portakal-kabugu 00

Sellülitdən xilas olun: Sellülitdən xilas olmaq üçün portağal qabığını üyüdücü maşında xırdalayıb yumşaq konsistensiyalı halına düşənə qədər rozmarin yağı əlavə edin. Sellülitli bölgələrə masaj edərək yedirdin və streçlə həmin nahiyəni bürüyün. Həftədə iki gün təkrar edin.

portakal-kabugu 09

Güvə yaranmasının qarşısını alın: Yazlıq, ya da qış paltarlarını yığışdıran zaman güvə yaranmasını qarşısını almaq üçün naftalin əvəzinə qurudulmuş portağal qabığı istifadə edin. Həm gözəl qoxacaq, həm də həşərat olmayacaq.

portakal-kabugu 02

Xəbər lenti

DAHA ÇOX XƏBƏR