Doğuş Xoşqədəmə ad günündə nə hədiyyə etdi?
Bizi izləyin

Tabloid.az

Doğuş Xoşqədəmə ad günündə nə hədiyyə etdi?

Amma hədiyyə təkcə bununla yekunlaşmayıb.

Artıq xəbər verdiyimiz kimi bu gün teleaparıcı Xoşqədəm Hidayətqızının doğum günüdür. Doğum günündə aparıcı ATV telekanalında yayımlanan “Günüzü” verilişinin qonağı olub. Efirə çıxar-çıxmaz İlqar Mikayıloğlu ad gününü qeyd edən xanıma bir dəstə qızılgül təqdim edib. Sonradan məlum olub ki, gülləri studiyaya Doğuş göndərib.

Amma hədiyyə təkcə bununla yekunlaşmayıb. Studiyada qonaq olan rəssam Ağalarov Elmir də aparıcıya portret hədiyyə edib. Hədiyyədən məmnun olan Xoşqədəm xanım rəssama öz təşəkkürünü bildirib.

Veriliş boyu İlqar Mikayıloğlu efirdən verilişə gəlmək üçün Doğuşa səslənib. Nəhayət verilişin bitməsinə 5 dəqiqə qalmış Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş studiyaya gəlib çıxıb.

Tabloid.az verilişdən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm