“Azdram”da kişi söhbəti
Bizi izləyin

Tabloid.az

“Azdram”da kişi söhbəti

Rafael Dadaşov əsəbiləşdi

Tabloid.az-ın əldə etdiyi məlumata görə, rejissor Nicat Kazımovun mətbuata açıqlaması Akademik Milli Dram Teatrında növbəti qalmaqala səbəb olub. O, bu gün “Gündəlik teleqraf” qəzetində “O adamlarda kişilik yoxdur” sərlövhəli müsahibəsində səsləndirdiyi fikirlərlə Teatr kollektivini yenidən ayağa qaldırıb. Belə ki, “Ötən il “Azdrama” kollektivindən də sizə qarşı hücumlar oldu?” sualının cavabında rejissor “Mən cavab verməmişəm. Haqqımda fikir bildirən adamlar birinci gedib özlərinə baxsınlar. O neyləyib, bu barədə düşünsün. Nə var ki, deməyə. Mən burada oturub deyim ki, Entoni Hopkins ümumiyyətlə, aktyor deyil. Haqqımda danışanlar da məndən qat-qat yaşlı insanlardır. Şər-böhtan, ikiüzlülük...adam kişi olar. O adamlarda kişilik də yoxdur. Onlara cavab verməyə mənim nə həvəsim, nə də vaxtım var. Allah onlara da iş yetirsin, başları qarışsın”? - deyib.

Tabloid.az-ın əldə etdiyi məlumata görə, bu fikirlər Akademik Milli Dram Teatrını əməlli-başlı qarışdırıb. Məsələyə ən sərt təpkini də xalq artisti Rafael Dadaşov verib. O, Teatrın direktoru İsrafil İsrafilova qarşı çıxaraq onu “Teatra gətirib çıxartmaqda” ittiham edib.

Tabloid.az məsələni aydınlaşdırmaq üçün xalq artisti Rafael Dadaşovla əlaqə saxlayıb. Lakin Rafael Dadaşov məsələ ilə bağlı məlumat verməkdən imtina edərək telefonu söndürüb: “Mən sizə niyə hesabat verməliyəm? Kim deyib bunu sizə?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm