Çingiz Əhmədov xalq artistlərinin xain davranışlarından danışıb
Bizi izləyin

Tabloid.az

Çingiz Əhmədov xalq artistlərinin xain davranışlarından danışıb

Aktyor uzun illərdir olduğu sənətdə ilk günlərdən ona olan paxıllıqdan danışıb.

Aktyor Çingiz Əhmədov Xəzər telekanalına maraqlı açıqlamalar verib. Tabloid.az xəbər verir ki, aktyor bu sənətdə gəldiyi gündən ona qarşı olan paxıllıqdan danışıb.

“Əvvəllər cəmi bir telekanal var idi. Mən də 1977-ci ildən o kanalda 4 verilişdə çıxış edirdim. Bir xalq artisti var idi. O vaxt çox populyar idi. Həmin ərəfədə Rafiq Səməndər də mənim üçün yazılar yazardı. İndi Rafiq müəllim Sumqayıt televiziyasının rəhbəridir. Yeni tamaşa ekrana qoyulmalı idi. Həmin xalq artisti zəng edib deyib ki, əgər Çingiz Əhmədov oynayacaqsa, mən orada yoxam. Görün o vaxtlar nə qədər xainlik olub. Mən o vaxt heç universitetə girməmişdim. Mən çəkildiyimə görə həmin xalq artisti, tamaşaya da gəlmədi. Amma Əliağa Ağayev həmişə deyərdi ki, Çingiz çəkilməsə, mən tamaşada oynamayacağam”.

Aktyor o vaxtlar teatrdakı xain davranışlardan da danışıb:

“O vaxt xainliklər teatrlarda da olub. Xalçanın altına mıx və şüşə qoyardılar. İndiyədək yadımdadır, SSRİ-nin xalq artisti Hökümə Qurbanova səhnəyə çıxanda ayağı kəsilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm