Aygün Kazımova Kutsi ilə qohum çıxdı - Video
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova Kutsi ilə qohum çıxdı - Video

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni Kutsi ilə qohumluğundan danışıb.

Bütün işlərini Türkiyədə reallaşdırıb Azərbaycan tamaşaçısına təqdim edən xlaq artisti Aygün Kazımova türkiyəli müğXni Kutsi ilə qohumluğundan danışıb. Tabloid.az xəbər verir ki, bu haqda Kazımova “Onlar” verilişinə açıqlamasında bildirib.

“Səhər Kutsi ilə eyni proqramda qonaq olmalı idim. Sən demə qonağı dəyişiblər, mənim isə xəbərim yoxdur. Mən də axşam Türkiyədə səsyazma studiyasına getmişdim. Kutsi də orada idi, ona sabah eyni verilişdə qonaq olacağımızı söylədim. 100 ilin dostu kimi söhbət edirdik. O, mənə dedi ki, sabah heç bir proqramda qonaq deyiləm. Proqramın prodüseri ilə əlaqə saxladım. Məlum oldu ki, bəs Kutsinin albomu çıxacağından onun əvəzinə Keremcemi qonaq dəvət ediblər”.

Xalq artisti Kutsi ilə iş birliyinin olacağına da eyham vurub.

“Kutsi mənim musiqi duyumuma heyran qaldı. Az qalmışdı ki, mahnı bəstələsin ki, biz duet oxuyaq. Beləcə, Kutsi ilə qohum çıxdıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm