“Addım”çı gənclər şəhidlərin xatirəsini yad etdilər
Bizi izləyin

Tabloid.az

“Addım”çı gənclər şəhidlərin xatirəsini yad etdilər

"ADDIM"çı gənclər 131 şəhidin xatirəsini necə yad etdilər

“Addım” Gənclər Təşkilatının nümayəndələri 20 Yanvar Şəhidlərinin xatirəsini yad etmək məqsədilə "Mənim 25 yaşım var" layihəsi çərçivəsində Şəhidlər Xiyabanına ziyarət təşkil ediblər. Ziyarətdə "Addım"ın sədri Hüseyn Cavadzadə başda olmaqla bütün işçi heyəti, üzvlər və könüllü gənclər iştirak ediblər.

Təşkilatın sədr müavini Aynur Salmanovanın tabloid.az-a verdiyi məlumata görə, ziyarətə qoşulmaq istəyənlər üçün məhdudiyyət qoyulmayıb:

"Bu, Azərbaycan xalqının faciə və fərəh tarixidir, bu kimi hadisələrin anım günlərində təşkilatlar, gənclər arasında parçalanma olmamalıdır, gənclər bir araya toplanmalı və birlik nümayiş etdirməlidirlər! Ziyarət zamanı "Addım"çılar şəhidlərin məzarlarına qərənfillər qoyub, 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər".

Sonda isə tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri 20 yanvarda həlak olan 131 şəhidin xatirəsinə simvolik olaraq 131 qara şarları havaya uçurublar.

Qeyd edək ki 20 yanvar faciəsinin 25 illiyinə həsr olunan “Mənim 25 yaşım var!” şüarı ilə keçirilən layihənin əsas hissəsi 20 yanvar tarixində sosial mediada həyata keçiriləcək. Belə ki, təşkilat üzvləri əsasən dünya KİV-ləri və sosial mediada 20 yanvar faciəsinin tarixçəsi ilə bağlı müxtəlif dillərdə elektron broşurlar paylaşacaqlar. Təşkilat rəhbərliyi məhz bu tarixdə gənclərimizi səfərbər olub, müstəqilliyimiz yolunda xalqımızın keçdiyi ləyaqətli tarixi bütün dünya ictimaiyyətinə tanıtmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm