Orxan: “Gövhər Həsənzadə mənə uğursuzluq gətirib”
Bizi izləyin

Tabloid.az

Orxan: “Gövhər Həsənzadə mənə uğursuzluq gətirib”

Gövhər xanım ilə daha 2-3 mahnını da birlikdə çalışmışıq. Amma Gövhər xanımla iş birliyim uğursuz alındı.

Gənc müğənni Orxan Babazadə müğənnilik sənətinə öz istəyi ilə gəlmədiyini etiraf edib. Tabloid.az xəbər verir ki, o, bu haqda “Hər şey daxil” verilişində açıqlama verib.

“Bu sənətə düşünmədən gəlmişəm. İlk mahnım Gövhər Həsənzadənin bəstəsi olub. Mahnım “Dərdini çəkim” adlanır. Bundan başqa, Gövhər xanım ilə daha 2-3 mahnını da birlikdə çalışmışıq. Amma Gövhər xanımla iş birliyim uğursuz alındı. Lakin Məmmədbağır Bağırzadənin “Axşamlar” mahnısını ifa etməyim mənim üçün düşərli oldu. Mən müğənni olmaq istəməmişəm. Bu, mənim ailəmin istəyi olub. Özümün müğənniliyə həvəsim sonradan yaranıb. Atam istəyib ki, müğənni olum. Mən də onun istəyini reallaşdırmışam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm