Dəb dünyasından daha bir yenilik - Fotolar
Bizi izləyin

Tabloid.az

Dəb dünyasından daha bir yenilik - Fotolar

Dəb dünyasından daha bir yenilik

Musiqi və kino dünyası son zamanlar tədbir və mərasimlərlə boldur. Məsələn, dünən Los- Ancelesdə "Sunset Tower" otelində daha bir mərasim keçirilib.

Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Fashion Los-Angeles Awards" mükafatlandırma mərasimi ilk dəfədir ki, keçirilir. Moda dünyasının təşkil etdiyi "Fashion Los-Angeles Awards" mükafatlandırma mərasimi bundan sonra ənənəvi olaraq hər il keçiriləcək.

Tədbirə Rihanna, Mayli Sayrus, Keti Perri, Ceremi Skott və başqa ulduzlar qatılıblar. Bu gecədə ekspertlər moda sənayesinin 2014-ci ildə yaddaqalan əsas nailiyyətlərini vurğulayıblar. "Moschino" brendi üçün hazırladığı kolleksiyaya görə, "Ən yaxşı qadın dizayneri" mükafatını Ceremi Skott alıb. "Ən yaxşı kişi kolleksiyası"nın sahibi isə "Calvin Klein" brendinin dizayneri İtalo Zukkelli seçilib. Xanımların sevimli dizayneri Kristian Lubutan (Christian Louboutin) ilin ən yaxşı ayaqqabı dizayneri mükafatını qazanıb.

Digər mərasimlərdən fərqli olaraq "Fashion Los Angeles Awards" mərasimi dress-kod qaydalarının olması ilə fərqlənir. Belə ki, dəvətə gələn ulduz qonaqlar öz coşqun fantaziyalarını ifadə edən geyimlərdən istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm