Mahidevran sultan boşanır - Fotolar
Bizi izləyin

Tabloid.az

Mahidevran sultan boşanır - Fotolar

2013-cü ildə Levənt Vəziroğluyla ailə quran məşhur aktrisa Nur Fəttahoğlunun xoşbəxtliyi qısa çəkib

"Möhtəşəm yüz il" serialında canlandırdığı Mahidevran sultan obrazı ilə karyerasının pik nöqtəsinə yüksələn gözəl aktrisa Nur Fəttahoğlu çətin günlər keçirir.

2013-cü ildə Levənt Vəziroğluyla ailə quran məşhur aktrisa Nur Fəttahoğlunun xoşbəxtliyi qısa çəkib. Belə ki, cütlüyün yaşadıqları problemləri həll edə bilmədiklərinə görə ayrılmağa qərar verdikləri bildirilir.

Ailələrinin barışdırmaq səylərinə məhəl qoymayan Levənt və Nur Fəttahoğlunun boşanmaq qərarına gəldikləri deyilir.

Nur Fəttahoğlunun iki həftədir ki, anasının evində qaldığı bildirilir.

Qeyd edək ki, aktrisa bir ay öncə “BeStyle” jurnalına verdiyi müsahibədə "İstirahət etmək, mümkünsə buralardan uzaqlaşmaq istəyirəm. Heç vaxt “kaşki”lərim olmadı, həmişə sona qədər mübarizə aparıb sonra yeni addım atıram. Bəlkə də kaşki deməmək üçün hər şeyi sonuna qədər yaşayıram", - demişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm