“Körpü şou” başlayır – Video
Bizi izləyin

Tabloid.az

“Körpü şou” başlayır – Video

Teleaparıcı Aynur Hacıyeva yeni rəhbəri olduğu “Körpü şou” layihəsi ilə efirə qayıdır.

Teleaparıcı Aynur Hacıyeva yeni rəhbəri olduğu “Körpü şou” layihəsi ilə efirə qayıdır. Layihənin məramı türkiyəli məşhurlarla bizim tanınmış və istedadlı sənətçilər, hər iki dövlətin musiqi mədəniyyəti arasında dostluq körpüsü yaratmaqdır.

Mətbuat konfransında Aynur xanım bildirib ki, “Körpü şou” “Li li group” və Türkiyənin tanınan “Mərdan” şirkətinin birgə məhsuludu. Artıq anonsları yayımlanan layihənin ilk buraxılışı fevralın 1-də, “Xəzər televiziyasında yayıma buraxılacaq. Artıq 4 veriliş çəkilən telelayihənin ilk iştirakçıları xalq artisti Aygün Kazımova, Kərəm Cem olublar. Digər buraxılışlarda, Zamiq Hüseynov, Yusif Güney, Linet, Samira və başqaları çəkiliblər.

Bu layihədə yerli sənətçilərimizin Murat Boz, Murat Dalklıc, Gülşən, Simge Sağın, Soner Arıca, Didəm, Emre Kaya və digər sənətçilərlə iştirakı nəzərdə tutulub.

Təqdimat zamanı monitorda türkiyəli sənətçilərin veriliş haqqında fikirləri yer alıb.

Bu layihə ilə teleməkana möhürünü vurmağa hazırlaşan Aynur Hacıyeva bunları qeyd etdi:

“Müqaviləyə əsasən çəkilişlər Türkiyədə həyata keçiriləcək. Hər verilişdə bizim istedadlı müğənni Leyla Babayeva Azərbaycan mahnılarını səsləndirəcək və onun tarixi barədə məlumat veriləcək. Bu, bir növ təbliğat xarakteri daşıyacaq. Eyni zamanda, hər dövlətin sənətçisi mahnılarını canlı ifa edəcək. İlk çəkilişlər dinamik və uğurlu alındı”.

Layihənin anonsları gedən ərəfədə qulağına xoşagəlməz fikirlərin çatdığını bildirən Aynur xanım jurnalistlərin Röyanın oxşar layihə anonsu etdiyini söyləməsinə aydınlıq gətirdi:

“Röyanın çəkəcəyi layihə barədə xəbərim var. Onun “İnstagram” səhifəsində oxumuşam. Biz artıq layihəmizi efirə verməyə hazırlaşırıq. Hər bir yaradıcı insana uğurlar arzu edirəm. Hərəmiz öz işimizi görək, kimin işinin daha uğurlu alındığını biz yox, tamaşaçı deyəcək”.

Qeyd edək ki, layihənin baş rejissoru Kamal Başbuğ, baş prodüseri Ləman Tağıyeva, redaktoru Vüsalə Hikmətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm