Elnur ən çox səs toplayaraq növbəti mərhələyə keçdi - Video
Bizi izləyin

Tabloid.az

Elnur ən çox səs toplayaraq növbəti mərhələyə keçdi - Video

Tabloid.az Elnurun çıxışını təqdim edir.

“O səs Türkiyə” yarışmasının fenomeni adlandırılan, Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən Elnur Hüseynov bu gecə müsabiqənin duel mərhələsində səhnəyə çıxıb yarışmalı olub. Müğənni səhnədə Karmen operasından Habaneranın partiyasını səsləndirməklə zalda oturan tamaşaçılarla yanaşı, münsifləri yenidən ovsunlamağı bacarıb.

Elnurun mübarizə apardığı iştirakçılar münsiflər kürsüsündə əyləşmiş Hadisənin komandasından Sidenur və Mazhar-Ozkan komandasından Naciye olub.

“Çarpaz duellər” adlanan mərhələdə yarışan üçlükdən ən çox səs toplayan məhz Elnur Hüseynov olub. Bununla da Elnur müsabiqənin növbəti mərhələsinə keçib.

Qeyd edək ki, Elnur Hüseynov münsif Ebru Gündeşin komandasında yarışır.

Tabloid.az Elnurun çıxışını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm