Qaranlıq insan beynində ciddi dəyişiklik yaradır
Bizi izləyin

Tabloid.az

Qaranlıq insan beynində ciddi dəyişiklik yaradır

Qaranlıq insan beynində ciddi dəyişiklik yaradır

Çox adam otaqda alaqaranlıq şəraitdə televizora baxmaq və ya kompüter arxasında işləməyi sevir. Lakin bu, orqanizmin bioloji saatını pozaraq depressiyaya səbəb ola bilər.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ -ın Ohayo universitetində aparılmış tədqiqatın nəticələri bu fikri təsdiq edib. Araşdırma "Scientist" jurnalında dərc olunub.

Amerikalı alimlərin dediklərinə görə, indi tamamilə qaranlıqda yatmaq istəməyənlərin sayının artması depressiyanın miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Çünki otaq alaqaranlıq olanda insan beynində ciddi dəyişikliklər başlanır. Bu zaman depressiya yaradan siqnalların intensivliyi artır. Qaranlıqda film izləmək xüsusən də uşaqlar üçün təhlükəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm