• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişinin hansı hərəkətləri onun sizdən soyuduğunu göstərir?

Kişinin hansı hərəkətləri onun sizdən soyuduğunu göstərir?

Sevgilinizin və ya həyat yoldaşınızın son zamanlardakı davranışlarına bir məna verə bilmirsinizsə, bu onun sizdən soyuduğunu göstərə bilər. Bəlkə də partnyorunuz sizə ayrılıq siqnalları göndərir.

Bəs, bunu necə anlamaq olar?

Tabloid.az həyatındakı qadından soyuyan və ondan ayrılamğı düşünən kişilərin ortaq xüsusiyyətlərini araşdırıb.

1. Adətən, sizinlə vaxt keçirməyi xoşlayan və həmişə sizinlə olmaq üçün planlar quran, yeməklər təşkil edən kişi artıq görüşməmək üçün bəhanələr axtarırsa, sizə az vaxt ayırırsa, deməli, ortada problem var. Kişilər ayrılmağı düşündükləri qadından tədricən uzaqlaşırlar. Bu uzaqlaşma prosesi ilk növbədə daha az vaxt keçirməklə başlayır.

2.Kişilər dostlarıyla vaxt keçirməyi xoşlayır. Ancaq həyat yoldaşınızın və ya sevgilinizin dostları azadlıqlarına düşkün insandırlarsa, ciddi münasibətləri yoxdursa, diqqətli olun. Çünki sevdiyiniz şəxs onların həyat tərzinə meyl edə bilər. Partnyorunuz belə dostlarıyla son zamanlarda daha çox görüşməyə başlayıbsa, deməli, yaxın vaxtlarda sizdən ayrılacaq.

3.Son vaxtlar sizi tənqid edirsə, deməli, şübhələnməyə dəyər. Xarekterinizdən tutmuş, fiziki xüsusiyyətlərinizə qədər, demək olar ki, sizinlə bağlı hər şeydən şikayət edirsə, deməli, yaxın vaxtlarda sizdən ayrılmağı düşünür.

4. Kişilər bir qadını sevəndə başqalaırnın fikirlərinə əhəmiyyət verməzlər. Lakin son zamanlarda ailəsindən, dostlarından sizinlə bağlı eşitdiklərini çox ciddi qəbul edirsə, başqalaırnın təsirinə düşürsə, deməli, sizinlə bağlı duyğuları əvvəlki kimi deyil.

5. Hər kiçik söhbəti mübahisəyə çevirirsə, dava salmağa meyillidirsə, deməli, ayrılıq yaxındır.

Sonda onu da qeyd edək ki, belə vəziyyətlə üzləşdikdə deprerssiyaya düşməyin. Çünki bu qısa həyatda heç kimə görə üzülməyə dəyməz. Sizə dəyər verməyən və sevməyən biri ilə həyatınızı məhv etməyin və ondan öncə addım atın. Tərk edilmədən öncə tərk edin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR