• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Maral Tahirqızı: “Mən o yazıq kişiləri heç tanımıram da...”

Maral Tahirqızı: “Mən o yazıq kişiləri heç tanımıram da...”

İnsan alverində təqsirləndirilən müğənni Maral Tahirqızının məsələsilə bağlı cinayət işinin istintaqı yekunlaşmaqdadır.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, müğənni Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham olunur.

Məlumatda o da bildirilir ki, istintaq tam yekunlaşdıqdan sonra müvafiq sanksiyanın verilməsi üçün cinayət işinin materialları prokurorluğa göndəriləcək.

Qeyd edək ki, Maral Tahirqızı bu günlərdə təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Barəsində cinayət işi açılan Maral Tahirqızı açıqlama verərək bunları deyib:

“Mənə deyirlər ki, sən evində əxlaqsızlıq yuvası saxlayırsan. Günahın hamısı o Esmiradadır, saç ustasında. Bir rəfiqəsi ilə evimə qonaq gəldi, qonağı da qapıdan qaytarmazlar ki… Oturduq, çay içdik. Sonra mənim Qız Qalasının yanında çəkdirdiyim fotolara baxdıq. Başım mətbəxdə şəkillərə qarışanda Esmira durub hamama keçdi. Bu rəfiqəsi də dalınca. Mən də heç mətbəxdən başqa otağa keçmədim. Bir onda gördüm ki, beş kişi evimə daxil oldu. Mən onlardan soruşdum ki, ay qardaş, siz kimsiniz, xəbərsiz-ətərsiz evimə gəlmisiniz? Onlar da mənə dedilər ki, səsini çıxarma. Üstündən bir qədər keçmiş polislər gəldilər. Evimin, yataq otağımın şəkillərini çəkdilər. Mənə dedilər ki, evində əxlaqsızlıq yuvası saxlayırsan. Apardılar polis idarəsinə, sorğu-sual etdilər. Mən yazıq o kişiləri heç tanımıram da. Aləmi qarışdıran Esmira olub. O adamları da öyrədib, dalınca evimə gətirib”.

Maral Tahirqızı onu da bildirib ki, müdafiə üçün özünə vəkil də tutub.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR