Manana: “Ərimin Gürcüstanda otelləri var”
Bizi izləyin

Tabloid.az

Manana: “Ərimin Gürcüstanda otelləri var”

Ərimin mənim pullarıma ehtiyacı yoxdur.

Azərbaycan şou biznesinin ən tanınmış simalarından biri olan gürcü əsilli müğənni Manananı rejissor Mako (Samir Fərzəlibəyov –red.) aldadıb. Tabloid.az xəbər verir ki, bu haqda sənətçi ATV telekanalına danışıb: "İki il bundan öncə klip çəkilişinə başlamışıq. İndiyədək klipi mənə təhvil verməyib. Nə qədər pul verdiyimi açıqlamaq istəmirəm. Bu qalsın insanlığa”.

Caparizde şou biznesdən qazandığı pulu elə öz sənətinə yatırdığını bildirib: "Mənim yoldaşım çox yaxşı qazanır, maliyyə problemi yoxdur. Onun mənim puluma ehtiyacı da yoxdur. Özünün Gürcüstanda şəxsi otelləri var. O, həmişə deyir ki, qazandığını sənətinə xərclə. Mən özüm də qazanıram. Bu qazancıma yeni mahnılar alıram, kliplər çəkdirirəm.".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm