Bu aksessuarı taxan xanımlara münasibət də dəyişir - Fotolar
Bizi izləyin

Tabloid.az

Bu aksessuarı taxan xanımlara münasibət də dəyişir - Fotolar

Bu aksessuarı taxan xanımlara münasibət də dəyişir

Ötən əsrlərdə xanımlar uzun illər başlarında şlyapa, ən yaxşı halda ləçək, şal və papaq kimi müxtəlif baş örtüklərini gəzdirməli olublar. Çox şükür ki, müasir dövrün belə bir öhdəliyi yoxdur. Lakin etiraf etmək lazımdır ki, bu aksessuardan istifadə edən xanımlar dərhal ətrafındakıların diqqətini cəlb edirlər. Bu aksessuarı taxmağı əslində hər qadın özünə rəva görə bilmir. Çünki şlyapa taxan xanımlara qarşı rəftar da dəyişir. Madam, madmazel, miss, xanım deyə xitab edirlər. Buna görə də kütlə arasında fərqlənmək istəyən cürətli xanımlar çox azdır.

2015-ci ildə dizaynerlər bu kimi stereotipləri mümkün qədər dağıtmağa çalışıblar. Ənənəvi və müasir tendensiyalardan ilham alan dizaynerlər şlyapa dəbinin yeni istiqamətlərini və orijinal fasonlarını təqdim edirlər. Demək olar ki, bütün moda kolleksiyalarının nümayişində fetr, fedora şlyapalarının klassik və eksklüziv modelləri yer almışdı.

Xanımların geyim tərzi ildən-ilə dəyişsə və müasirləşsə də, Bakının küləkli küçələrində şlyapa taxan xanımlara çox az rast gəlmək olar. Özünəməxsus tərzi olan güclü xanımlar isə yaddaşlarda bənzərsiz şlyapaları ilə iz qoymağa çalışırlar.

Şlyapaların yaxşı ya pis olduğunu müzakirə etməyəcəm, amma papaqların qəşəng bir aksessuar olduğu və qüsursuz göründüyü danılmaz faktdır. Yalnız bu aksessuar sayəsində siz zahiri harmoniyanı və şəxsi üslubunuzu qazana bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, şlyapa taxan xanımlar cəlbedici görünməklə yanaşı, həm də sirli və əsrarəngiz görünürlər.

Şlyapalar yanları enli, həsir, kovboy və fedora növlərinə bölünürlər. Bu şlyapaların hər biri özünün yüksəliş və süqut dövrünü yaşayır. Hazırda isə fedora və kovboy şlyapalar daha aktualdır. Onlar həm kişilər, həm də qadınlar arasında populyardır. Fedora şlyapalarını "uniseks" geyimlər sırasına daxil etmək olar. Ona görə də belə model praktiki olaraq istənilən modapərəstin zövqünü oxşamağa qadirdir.

Bu şlyapalar nə qədər gözəl olsa da, onu daşımaq məharət və orijinallıq tələb edir. Tabloid.az-ın dəb bölməsi şlyapaları düzgün uyğunlaşdırmağın yollarını izah edir:

Klassik şlyapaları xanımlar adətən, çox soyuq, çox isti havalarda və saçları səliqəsiz olan zaman taxmağa üstünlük verirlər. Xüsusilə saçlarımız çirkli və dağınıq olan zaman ağlımıza ilk olaraq şlyapalar gəlir. Lakin fedora şlyapaları il boyu taxmaq olar. Belə şlyapalar müxtəlif və bütün mövsümün tələblərinə cavab verən materiallardan hazırlanır.

Bir çox geyimlər kimi şlyapalar da qadın qarderobuna kişi geyimindən daxil olub. Buna görə də o, klassik kostyumlar və kişi geyimləri ilə olduqca ciddi və çox gözəl uzlaşır. Ən sadə və uğurlu variant dar qara şalvar, açıq rəngli bluzka və oksford ayaqqabılarıdır. Şlyapanı sizin komplektdə olan rənglərə uyğun seçin. Heç bir təzad olmamalıdır. Fedora şlyapaları ilə geyim seçərkən bu qaydaları nəzərə alın:

Dəbdə olan qadın şlyapaları çoxdan yaranıb və bütün bu müddət ərzində bir çox dəyişikliyə məruz qalıb. Bu gün bu aksessuarı müxtəlif detallarla birləşdirdikdə demək olar ki, qarderobdakı bütün əşyalarla taxmağa imkan verir.

İndi şlyapalar nəinki klassik, həm də avanqard görünür. Küçə üslubu geyimdə üslub azadlığını əks etdirməyə imkan verir. Fedora şlyapalar cinslərlə və şortlarla, həm də incə paltarlarla çox gözəl uzlaşır. Qara ipək lentlə bəzədilmiş fedora şlyapası və qara paltar kombinasiyasında xanımlar inanılmaz dərəcədə eleqant görünürlər.

Fedora şlyapası şəhərdə gəzinti üçün idealdır. Onun eni müxtəlif ola bilər. Yumrusifət qızlara daha həcmli modellər yaraşır, bu qayda uzun üz quruluşuna sahib olan qızlara aiddir. Oval və üçbucaq üz quruluşu olan qızlara isə ətrafı geniş, diametri isə dar olan papaqlar yaraşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm