• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Fəxriyyə Xələfova Arif Qaziyevin geyimini təhlil etdi

Fəxriyyə Xələfova Arif Qaziyevin geyimini təhlil etdi

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova müğənnilərin zövqlü və zövqsüz olmalı barədə hazırlanan təhlillərə münasibət bildirib. Tabloid.az xəbər verir ki, o, bu haqda "Günaydın" verilişinə açıqlama verib.

“Moda mütəxəssislərinin müğənnilərin libasları haqqında ekspert rəyləri bir çox dünya ölkələrində ən aktual xəbərlərdən hesab olunur. Mən belə təhlilləri obyektiv saymıram. İlk növbədə ekspert özü peşəkar olmalıdır. Yanaşma obyektiv olmalıdır. Hər hansı klip, konsert üçün geyim hazırlanırsa, hansısa brend məşhuru geyindirirsə, heç bir tənqidçi stilisti, modelyeri tənqid etmir. Əksinə məşhur simanı tənqid edirlər. Mən məşhurarı qınaya bilmərəm. Mən peşəkar və obyektiv olduğumdan baxmalıyıq ki, ilk problem haradan və kimdən yaranır”.

Bundan əlavə aparıcı Vüsalə Kərimova əməkdar incəsənət xadimindən verilişdə digər qonaq olan xanəndə, xalq artisti Arif Qaziyevin geyimini təhlil etməyi xahiş edib.

“Mən bilsəydim mənim üzərimə belə bir iş düşəcək gəlməzdim. Amma mən təhlil aparmaqdan da heç vaxt çəkinməmişəm. Arif müəllim hər zaman rəngli qalstuklara üstünlük verib. Geyindiyi köynək isə firuzəyi rəngdədir. Firuzəyi rəng isə 2015-ci ilin yaz-yay kolleksiyalarının əsas rəngidir. Mən düşünürəm ki, Arif müəllim bunu süuraltı geyinib. Yəni, inanmıram ki, Arif müəllim ən son modanı izləyib və ona uyğun belə geyinib”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR