• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhurların ən ağlagəlməz pəhrizləri: Arıqlamaq üçün nə edirlər?

Məşhurların ən ağlagəlməz pəhrizləri: Arıqlamaq üçün nə edirlər?

Ledi Qaqa viski içərək, Enn Heteuey yulaf əzməsi yeyərək, Liz Harli şorba ilə, Cenifer Eniston isə sıyıq yeyərək formada qalır.

ABŞ-ın "The Daily Mail” internet saytı məşhurların qeyri-adi pəhrizlərini araşdırıb. Sən demə, tanınmışlar əməl edilməsi çətin və ağlagəlməz, lakin sürətlə arıqladan pəhrizlər sayəsində ideal bədən ölçülərinə sahib olurlar.

Siyahıda ən diqqətçəkən pəhriz Ladi Qaqaya aiddir. Ledi Qaqanın diyetoloqu olan keçmiş sevgilisi Luc Car məşhur ulduz üçün "sərxoş pəhrizi" hazırlamışdı. Pop ulduz gündə yalnız viski içirdi. Eyni zamanda da hər gün məşq və yoqa ilə məşğul olurdu. İşləyən zaman belə içdiyini bildirən Qaqa bəzən məşqlərə və idmana sərxoş getdiyini etiraf edib.

Kristian Bale "Maşinist" filmi üçün xüsusi pəhriz ilə 82 kq-dan 54 kq-a qədər arıqlaya bilmişdi. Onun pəhrizi gündə bir ədəd alma və bir konserv skumbriya balığından ibatət idi. Aktyorun bu qədər arıqlaması heyrət doğurmuşdu. Hətta 28 kq aktyorun bir film üçün itirdiyi ən yüksək kilo olduğu üçün rekord kitablarına düşmüdü.

Cenifer Eniston isə yalnız sıyıq yeməklə bir həftəyə 3 kq arıqlaya bilib.

Beyons iki həftə ərzində 10 kq arıqlamışdı. Arıqlamağı qarşısına məqsəd qoyan ifaçının pəhrizinin əsasını limon suyu təşkil edirdi.

Enn Heteuey son filmi "Les Miserables"-də arıqlamalı idi. Aktrisa arıqlamaq üçün ciddi pəhriz saxlayır. Onun pəhrizi gündə yalnız iki porsiya yulaf əzməsindən ibarət idi. Eyni zamanda hər gün müntəzəm məşqlər edirdi. Onun bu səyləri nəticəsiz qalmır. Belə ki, aktrisa düz 12 kq arıqlaya bilir. Cazibədar ulduzun bu əzmini alqışlayırıq.

Liz Harli 2002-ci ildə ana olduqdan sonra artıq çəkidən xilas olmaq üçün özünü bir müddət Elton Conun evinə qapayır. O, yalnız yulaflı keks və 6 kasa tərə şorbası içərək yaşayır. Bu səyləri nəticəsində arzuladığı və əvvəlki bədən quruluşuna qovuşur.

Meqan Foks məşq etməyi sevmədyini və çox tənbəl olduğunu söyləyir. İdman zalında tər tökməkdənsə, ac qalmağa razıdır. Aktrisa cazibədar bədən quruluşunu dekotsa və alma sirkəsinə borcludur. Alma sirkəsi yağları əritməkdə çox effektlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR