Azis Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Azis Bakıya gəlir

Bolqar əsilli müğənni Azis Bakıya gəlir.

Bolqar əsilli müğənni Azis Bakıya gəlir. Bu haqda təşkilatçı Samir Xəttab tabloid.az-a eksklüziv açıqlama verib.

Müğənni Azisin Bakı konsertini təşkil etmək üçün Bolqariyanın paytaxtı Sofiya şəhərinə yollanan təşkilatçı Samir Xəttab müğənninin çox sadə biri olduğunu bildirib.

“Müğənninin ilk növbədə Azərbaycanla probleminin olub-olmamasını araşdırdım. Məlum oldu ki, belə bir problemi yoxdur. Hətta Azis Azərbaycanı çox sevdiyini bildirib. Ötən il gəzən xoşagəlməz şöhbətləri isə "booking" şirkətlər yaratdığını aydınlaşdırdıq. Çox sadə və kaprizsiz insandır. O qədər sadə insandır ki, Sofiyada qərib olduğumu bilib, heç yeri tanımadığımdan Azis özü görüş üçün mən qaldığım otelə gəldi. İnşallah, yayda konsert olacaq”.

Əlavə edək ki, Samir Xəttab Azisin Bakı konsertinin 25 iyulda baş tutacağını da bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm