Azərbaycanlı müğənni türməyə düşdü
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni türməyə düşdü

Müğənni Kərim həbs olundu, türməyə düşdü. Amma bir neçə saatlıq.

Publika.az-ın məlumatına görə, müğənni yeni klipini həbsxanada reallaşdıracaq. Artıq çəkilişlərə də start verilib. Rəhman Əliyevin yozumunda ərsəyə gələn klipin süjet xətti Kərimin arzusuna uyğun qurulub:

“Uşaq vaxtı nənəmlə türməyə çox getmişəm. Yaxın qohumumuz türməyə düşmüşdü və nənəmlə mən onu ziyarət edirdik. Uşaqlıq yaddaşıma o mənzərə kədərlə yazılıb. Buna görə də nə vaxtsa türmə həyatından bəhs edən bir klip çəkdirməyi düşünürdüm”.

“Mənə ondan danış” adlı klip yaxın günlərdə təqdim olunacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm