Cazibədar modelin gözəllik sirri: qəhvə maskası
Bizi izləyin

Tabloid.az

Cazibədar modelin gözəllik sirri: qəhvə maskası

Qəhvə maskasının faydaları və hazırlanma qaydası

Türkiyənin ən cazibədar modellərindən olan Tülin Şahin gözəllik sirrini açıqlayıb. O, həftədə 1 dəfə türk qəhvəsi ilə hazırladığı maskadan istifadə etdiyini bildirib.

Türk qəhvəsi ilə hazırlanan maskalar dərinin daha sağlam olmasını təmin edir.

Qəhvə maskasının faydaları:

Qəhvənin tərkibindəki kofein dəri üçün çox faydalıdır.

Qəhvə maskası dərini yeniləyir.

Qara nöqtələrin azalmasına kömək edir.

Körpə kimi yumşaq dəriyə sahib olmağınıza kömək edir.

Hazırlanması:

4 xörək qaşığı türk qəhvəsi

4 xörək qaşığı kakao tozu

8 xörək qaşığı süd

Quru dərililər 2 xörək qaşığı bal, yağlı dərililər isə 1 xörək qaşığı limon suyu əlavə edə bilərlər.

Bu məhsulların hamısını bir qabda qarışdırın. Əldə edilən qarışımı təmiz dəriyə çəkib quruyana qədər gözləyin. Əgər dəriniz həssasdırsa, ilıq su ilə yuyun. Ancaq həssaslıq azdırsa, onda maskanı əvvəlcə ovalayaraq üzdən təmizləyin, daha sonra ilıq su ilə yuyunun.

Həssas dəriyə sahib olanlar bu maskanı 10 gündən bir, yağlı dəriyə sahib olanlar isə 3 gündən bir istifadə edə bilərlər.

Tablooid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm