Əkiz kimi geyinən məşhurlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Əkiz kimi geyinən məşhurlar - Fotolar

Əkiz kimi geyinən məşhurlar - Fotolar

Geyim-kecimi ilə dəbi formalaşdıran məşhurların bəziləri hərdən eynilə əkiz kimi geyinirlər.

Özünəməxsus stilləri ilə gündəmdə qalmağı bacaran bu ulduzlar bəzi vaxtlar başdan-ayağa eyni şəkildə qarşımıza çıxırlar. Tabloiz.az əkiz kimi geyinən məşhurları seçib.

Aleksa Çunq və Klemence Poesi

"Chanel" onlar üçün sanki bir ehtirasdır. Kəpənək formalı qalstuk detalından ayaqqabı lentlərinə qədər hər iki məşhur çox oxşar paltarlar seçib.

Teylor Svift və Amal Kluni

"Oskar de la Renta" -dan geyinən hər iki məşhur çantalarını da eyni rəngdə seçiblər.

Emma Uatson və Cenifer Laurens

İki məşhur qırmızı xalıda zəriflik və incəlik nümunəsi "Dior"-dan geyiniblər.

Kim Kardaşiyan və Cenifer Lopez

Hündür bel və bol şalvarlı, göbək dekolteli paltarlara üstünlük verən məşhur ulduzların ayaqqabı seçimləri də bənzərdir.

Qvinet Peltoru və Viktoriya Bekhem

Minimalist siluetləri sevən məşhurların hər ikisi dərin sinə dekolteli kombinezon geyiniblər.

Keyt Bosvorti və Coan Smals

Parlaq dəri şalvarları, pencək və bəsit ağ mayka ilə birləşdirən iki məşhur stili ilə böyük oxşarlıq nümayiş etdirirlər.

Rita Ora və Qven Stefani

Al-qırmızı tonların hakim olduğu pencək şalvar dəstinə üstünlük verən məşhurların hər ikisi maykalarını da ağ rəngdə seçiblər.

Sugi Vaterhouse və Sienna Miller

Klassik "Burberry" plaşından əl çəkməyən gözəl ulduzların hər ikisi obrazını qara çəkmələrlə tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm