Manaf Ağayev övladlarından danışdı
Bizi izləyin

Tabloid.az

Manaf Ağayev övladlarından danışdı

Manaf Ağayev ittiham olunub

Bu gün peşəkar və gözəl aparıcı Vüsalə Kərimova "Günaydın" müəllif verilişində müğənni Manaf Ağayevi qonaq edib. Teleaparıcı ifaçını övladlarının istedadını boğmaqda ittiham edib. Qarşı tərəf isə verilişdə məsələyə münasibət bildirməyə məcbur qalıb.

"Bəli, onlar oxumasın. Uşaqlarım dövlət işində çalışsırlar. Uşaqlarıma yalvarsam da oxumazlar. Hərə bir cür böyüyür. Uşaqlarımın istedadı olsa da, onlar belə şeylərdən uzaqdır. Özüm də maraqlanmışam qızımla, bu sahəyə umumiyyətlə, maraqlı deyil".

Manaf Ağayev verilişdə həmçinin uzun illərdir eyni musiqi kollektivi ilə çalışmasının səbəblərinə aydınlıq gətirib:

"32 ildir eyni musiqiçilərlə işləyirəm. Heç indiki kişilər 32 ailə saxlaya bilmir, o ki qaldı musiqiçi ola. Mən 1983-cü ildən, hələ kənddə toylara gedəndən həmin musiqiçilərlə işləyirəm. O vaxtdan həmin insanlara çörək verirəm".

Qeyd edək ki, "Günaydın" verilişi həftə içi 5 gün "Space" telekanalında, saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında efirə gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm