Leonardo Di Kaprio "Oskar" ala bilmədiyi üçün bu hala düşdü - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leonardo Di Kaprio "Oskar" ala bilmədiyi üçün bu hala düşdü - FOTOLAR

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio indiyədək 4 dəfə "Oskar" mükafatına nominant olub.


Srağagün ABŞ Kino Sənətləri Akademiyasının "Oskar" mükafatlarının Los-Ancelesdə keçirilən 86-cı təqdimat mərasimində də Leonardo Li Kaprio "Uoll Strit canavarı" filmindəki baş rolu ilə "Ən yaxşı aktyor" nominasiyasında iddialı idi.


Fəqət o, "Dallas alıcılar klubu" filmində baş rolda oynamış aktyor Mettyu Makkonahiyə uduzdu.


Leonardo Di Kaprionun bu il də "Oskar"sız qalması sosial şəbəkələrdə geniş müzakirə olunub.


Fotokollajlar, memlər, zarafatlar baş alıb gedir. Twitter-də isə "#GiveLeoAnOscar" və "#PoorLeo" heşteqləri ilə "Leonardoya "Oskar" verin!" məzmunlu fotolar yayılır./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm