Tabloid.az
Gəncədə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı, şəhər rəsmiləri, ziyalılar, fəal qadınlar, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzi və park
kompleksi ilə tanış olub, ulu öndərin həyat fəaliyyətini əks
etdirən zəngin və maraqlı eksponatlara baxıblar. Sonra 8 Mart
Beynəlxalq Qadınlar günü münasibəti ilə təntənəli tədbir keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı qadınları təbrik edərək bildirib
ki, ulu öndərin ənənələrinə sadiq qalan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev qadınlara xususi diqqət və qayğı
göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman
yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmaq,
idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün
dünyaya sübut etdi ki, Azərbaycan qadını həm gözəl ana, həmdə fəal
ictimai xadimdir.
Şeyx Nizami yurdu Gəncənin mübariz və fədakar qadınları da inkişaf
və tərəqqinin önündə gedərək ölkəmizə layiqli töhvələr verirlər.
Onların yorulmaz fəaliyyəti, əzimkarlığı və qətiyyəti sayəsində biz
hər zaman qələbələr qazanacağıq.
Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi fəal qadınlardan bir
qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verib, onlara
gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Gəncə qadınlarından 1 nəfəri akademik, 2 nəfər
xalq artisti, 3 nəfər əməkdar artist, 17 nəfər əməkdar müəllimdir.
200 nəfərdən çox qadın rəhbər vəzifədə çalışır.
Tədbirdə xalq artisti Şahnaz Haşımovanın rəhbərliyi ilə incəsənət
ustalarının geniş proqramla konserti olub.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq