Tabloid.az
UNESCO-da təşkil olunan sərgidə azərbaycanlı rəssamın əsərləri maraqla qarşılanıb
Martın 7-də UNESCO-nun mənzil-iqamətgahında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın rəssamların əsərlərindən ibarət təşkil olunan sərgidə ölkəmizi Azərbaycanın Əməkdar Rəssamı Əsmər Nərimanbəyova öz rəsm əsərləri ilə təmsil etmişdir.
Azərbaycan ilə yanaşı, Rusiya, Kanada, Benin, Bolqarıstan, Peru,
Boliviya, Banqladeşdən də qadın rəssamların əsərlərinin nümayiş
olunduğu sərgini açan UNESCO-nun baş direktoru İrina Bokova
Beynəlxalq Qadınlar Gününün Birləşmiş Millətlər Təşkilatı
tərəfindən 1975-ci ildən bayram edildiyini xatırlatmış, gender
bərabərliyinin BMT-nin fəaliyyətinin əsas prioritetlərindən biri
olduğunu və rəhbərlik etdiyi qurumun da bu məsələyə xüsusi önəm
verdiyini diqqətə çatdırmışdır. O, elm, təhsil və mədəniyyət
sahələrində qadınların rolunu xüsusi vurğulamışdır.
UNESCO-nun bütün sahələrdə qadın və qızların hüquqlarını müdafiə
etdiyini vurğulayan baş direktor bu cür tədbirlərin xalqların
yaxınlaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında mühüm
əhəmiyyət kəsb etdiyini bildirmiş, əlamətdar bayram münasibətilə
qadınları təbrik etmişdir.
Sərginin Şərqi Avropa ölkələri qrupunun sədri, Litvanın UNESCO
yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arunas Jelunas
sərgi ilə bağlı Avropa ölkələrinin qadın rəssamları arasında seçim
aparıldığını, Rusiya, Bolqarıstan və Azərbaycanın möhtəşəm tədbirdə
təmsil olunmasının qərara alındığını bildirmişdir.
Sərgidə Əsmər Nərimanbəyovanın "Baharın xoşbəxtlik ruhu və gözəllik
" kompozisiyası adı altında 10 rəsm əsəri nümayiş etdirilmişdir.
Onun əsərlərini sərgi iştirakçıları xüsusi maraqla
qarşılamışlar.
Sərgidə rəsm əsərləri müəlliflərinin təmsil olunduqları ölkələrin
mətbəx nümunələri də nümayiş etdirilmişdir. Hər dəfə olduğu kimi,
Azərbaycanın zəngin mətbəx nümunələri yenə də diqqəti cəlb
etmişdir.
Sərgidə Fransa ictimaiyyətinin nümayəndələri, UNESCO rəsmiləri,
qurumda akkreditə olunan diplomatik korpusun, ölkəmizin təşkilat
yanındakı daimi nümayəndəliyinin və Azərbaycanın Fransadakı
səfirliyinin əməkdaşları iştirak etmişlər.
Sərgi iştirakçısı Jak Boler AzərTAc-a müsahibəsində demişdir: "Mən
Azərbaycan ilə bağlı bütün tədbirlərdə demək olar ki, daim iştirak
edirəm. İstər mədəniyyətinizin, istərsə də mətbəxinizin zənginliyi
məndə ölkəniz barədə xüsusi təəssürat yaratmışdır.
Azərbaycanlı rəssamın əsrlərində daha çox xoşuma gələn cəhət rəng
seçimidir. Onun çəkdiyi əsərlərdə rənglər parlaq və aydınlığı ilə
diqqəti cəlb edir. Bu, özlüyündə xanım rəssamın öz sənətinə ürəkdən
bağlılığından xəbər verir.
Azərbaycan mətbəxinə gəldikdə isə onu deyə bilərəm ki, qonaqların
digər ölkələrin mətbəxləri ilə müqayisədə sizin mətbəx nümunələrinə
xüsusi maraq göstərmələri, fikrimcə, özlüyündə hər şeyi izah
edir".
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi