Türkiyədə Əli bəy Hüseynzadənin yubileyinə həsr olunmuş konfrans keçirilib
Bizi izləyin

Tabloid.az

Türkiyədə Əli bəy Hüseynzadənin yubileyinə həsr olunmuş konfrans keçirilib

Türkiyənin İstanbul Aydın Universitetində Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş "Azərbaycanda milli oyanış hərəkatı, Hüseynzadə Əli Turan bəy və türk birliyi " mövzusunda konfrans keçirilmişdir.

Konfrans Türk Ocaqları İstanbul Şöbəsi və Avrasiya Araşdırmaları İnstitutunun Türk Şurası tərəfindən təşkil edilmişdir.

Tədbirdə "Türk birliyinin reallaşma imkanları və şərtləri" mövzusunda məruzə ilə çıxış edən İstanbul Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli Əli bəy Hüseynzadənin hazırladığı ideoloji nəzəriyyənin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu böyük fikir adamının ideyaları ondan sonrakı nəsillərə də ciddi təsir göstərmişdir.

Türk Ocaqları İstanbul Şöbəsinin sədri Cezmi Bayram qeyd etmişdir ki, üzvü olduğu təşkilatın yaradılması zamanı Ə. Hüseynzadənin ideyalarından ilham alınmış və ona görə də unudulmaz mütəfəkkiri yad etmək sözügedən qurumun hər bir nümayəndəsinin borcudur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva tədbirin Əli bəy Hüseynzadənin 150 illik yubileyi münasibətilə təşkil edildiyini xatırladaraq belə böyük şəxsiyyətlərin irsinin öyrənilməsinin vacibliyini söyləmiş və onların fikirlərinin bu gün üçün də aktual olduğunu diqqətə çatdırmışdır.

Türk Şurası baş katibinin müavini Qismət Gözəlov bildirmişdir ki, Əli bəy Hüseynzadənin irsi həm Azərbaycan, həm də Türkiyə üçün böyüh əhəmiyyət kəsb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm