“Google”u ildırım vurdu, məlumatlar silindi
Bizi izləyin

Texnoloji

“Google”u ildırım vurdu, məlumatlar silindi

“Google”un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 13-də ildırım “Google Compute Engine” servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarına girişdən məhrum olublar. Sonradan bəzi məlumatları xilas etmək mümkün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olub.

“Google” saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyini təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm